Ayşad Məmmədov
Doğum tarixi:
06 dekabr 1954
Ayşad Kamal oğlu Məmmədov Bakının Mərdəkan qəsəbəində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1978-1982).
Şəki Dövlət Teatrında (1982-1989), Azərbaycan Dövlət Gənclər Teatrında (1989-2009) çalışıb. 2011-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında fəaliyyət göstərir.
İran istehsalı olan “İtirilmiş pay” (2007, rejissor Həsən Nəcəfi) filmində çəkilib.
Cəfər Cabbarlı mükafatına (2017), Varnada keçirilən Beynəlxalq Monotamaşalar Festivalında “İuda” tamaşasındakı İuda roluna görə mükafat və diploma (2017) layiq görülüb.
Əməkdar artistdir (2000).
Aktyor Ayşad Məmmədov aktrisa İlqarə Tosovanın həyat yoldaşıdır.

Filmoqrafiya
-
Pərdə Rollarda
-
Mən burdayam, İlahi! Rollarda