Ayla Osmanova
Redaktor
Doğum tarixi:
25 fevral 1991
Ayla Bəhram qızı Osmanova (Ayla Bəhram) Bakıda anadan olub.
Bülbül adına Orta İxtisas Musiqi Məktəbində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (2010-2014) təhsil alıb.
Kurs işi kimi Elçinin “Mehmanxana nömrəsində görüş” əsərinə quruluş verib. Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində diplom işi olaraq Qoqolun “Dəlinin qeydləri” tamaşasını hazırlayıb. 2013-cü ildən Gənc Tamaşaçılar Teatrında çalışır.
Rejissor Ayla Osmanova rejissor Bəhram Osmanovun qızıdır.