Ayxan Əhmədov
Doğum tarixi:
17 avqust 1979
Ayxan Əbdül Kərim oğlu Əhmədov Bakıda anadan olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (2004), Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəetmə Akademiyasının İnzibati idarəetmə ixtisasında (2012) təhsil alıb.
SOY productionda, Space TV-də, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsində, Bakı Media Mərkəzində çalışıb. Müxtəlif televiziya layihələrinn müəllifi və aparıcısı, dövlət əhəmiyyətli tədbirlərin təşkilatçısı olub. Bakı Şəhəri Dövlət Əhəmiyyətli Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş Mərkəzini təsis edib və rəhbərlik edib.
Böyük Britaniya istehsalı olan “Əli və Nino” (2015, rejissor Asif Kapadia) filmində inzibatçı, Qazaxıstan istehsalı olan “Novruzun sorağında” (2007) filminin rejissoru olub.
Fotoqrafiya ilə məşğul olur. Azərbaycan Fotoqraflar Birliyinin idarə heyətinin üzvüdür. Beynəlxalq foto festivallarının daimi münsiflər heyətinin üzvüdür.