Aydın Mansurov

Operator Operator assistenti İkinci operator

Doğum tarixi:

14 sentyabr 1953

Vəfat tarixi:

30 dekabr 2017


Aydın Bəhram oğlu Mansurov Bakıda anadan olub.

Asəf Zeynallı adına Musiqi Texnikumunda xor dirijorluğu fakültəsində təhsil alıb (1968-1973).

Bir müddət musiqi məktəbində nəzəriyyədən dərs deyib (1975-1982). Azərbaycan televiziyasında (1983-2005) və İctimai televiziyada (2005-2017) operator olaraq çalışıb.

“Humay” Milli Mükafatına layiq görülüb (2015). Əməkdar mədəniyyət işçisi (2016) Aydın Mansurov 2017-ci ildə vəfat edib.

Operator Aydın Mansurov tarzən Bəhram Mansurovun oğludur.
Operator Aydın Mansurov bəstəkar Eldar Mansurovun qardaşıdır.