Aydan Həsənzadə

Aktrisa

Doğum tarixi:

12 avqust 1996


Aydan Vüqar qızı Həsənzadə Bakıda anadan olub. Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin Memarlıq ixtisasında (2013-2017) və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr rejissorluğu ixtisasında (2019-2023) təhsil alıb.

Moskvada keçirilən XV beynəlxalq teatral yay məktəbində iştirak edərək ixtisasartırma diplomu alıb (2022).

2023-cü ildən Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisasıdır.