Ətayə Əliyeva
Doğum tarixi:
02 may 1920
Vəfat tarixi:
06 aprel 1995
Ətayə Ağaqulam qızı Əliyeva Türkmənistanın Poltoratsk şəhərində anadan olub.
Səhnə fəaliyyətinə həvəskar kimi başlayıb. İlk dəfə 1933-cü ildə Rza Əfqanlının Aşqabad Musiqili Dram Teatrında tamaşaya qoyduğu “Aşıq Qərib” tamaşasında Qəribin bacısı rolunu oynayıb.
Bakı Teatr Texnikumunda təhsil alıb (1934-1936). Burada Fatma Qədrinin təşəbbüsü ilə dram dərnəyində bir neçə tamaşada çıxış edib.
1934-cü ildə texnikumun birinci kurs tələbəsi ikən Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət edilib. 1936-cı il teatrın bir qrup aktyoru ilə birlikdə İrəvana gedib və burada İrəvan Dövlət Azərbaycan Dram Teatrında on il işləyib (1936-1946). Bir müddət Gəncə Dram Teatrında çalışıb (1948-1955). 1956-cı ildə Azərbaycan Dövlət Akademik Dram Teatrına qayıdıb.
Əməkdar artist (1964) Ətayə Əliyeva 1995-ci ildə vəfat edib, Yasamal qəbiristanlığında dəfn olunub.
Aktrisa Ətayə Əliyeva rejissor, aktyor Həsənağa Mirzəyevin həyat yoldaşıdır.
Aktrisa Ətayə Əliyeva rejissor Ramiz Həsənoğlunun və rejissor Rauf Süleymanın anasıdır.