Atabala Səfərov

Aktyor

Doğum tarixi:

01 noyabr 1949

Vəfat tarixi:

20 dekabr 2020


Atabala Osman oğlu Səfərov Şabranda (Dəvəçi) anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun Aktyorluq fakültəsində təhsil alıb (1971, Tofiq Kazımovun kursu).

Sumqayıt Teatrında, Musiqili Komediya Teatrında (1971-1990) aktyor, Gənclər Teatrında direktor müavini vəzifəsində çalışıb (1990-1998). 1998-ci ildən yenidən Musiqili Komediya Teatrına qayıdıb. 2002-ci ildən eyni zamanda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışıb.

Əməkdar artist (2012) Atabala Səfərov 2020-ci ildə vəfat edib.