Asiman Ağa Rövşən
Doğum tarixi:
14 aprel 1992
Asiman Ağa Rövşən (Asiman Ağayev Rövşən oğlu) Gəncədə anadan olub. Rəşid Behbudov adına 2 saylı musiqi məktəbində (1998-2005, fortepiano sinfi), Respublika İncəsənət Gimnaziyasında (2004-2009), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyor sənəti fakültəsində (2013-2017, Sona Mikayılovanın kursu) təhsil alıb. 2018-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsinə qəbul olunub.
Uşaqlıqdan rəssamlıqla məşğul olub, 5 yaşında ikən fərdi sərgisi keçirilib. Xarici ölkələrdə keçirilən beynəlxalq müsabiqələrdə iştirak mükafat alıb.
Teatrşünas Dağlar Yusif Əfəndi və aktyor Hacıbaba Məmmədovla birlikdə “TƏK” (Teatr Ədəbiyyat Kino) yaradıcılıq platformasını təsis edib (2018). “Master və Marqarita”, “Sonluğun sonu”, “İt ürəyi” tamaşalarına quruluş verib.
Aktyor, ssenarist, teatr rejissoru Asiman Ağa Rövşən dramaturq, ssenarist Rövşən Ağayevin və aktrisa Güşvər Şərifovanın oğludur.
