Arif Məlikov

Bəstəkar Dirijor Bəstəsindən istifadə olunub

Doğum tarixi:

13 sentyabr 1933

Vəfat tarixi:

09 may 2019


Arif Cahangir oğlu Məlikov Bakıda anadan olub. Asəf Zeynallı adına musiqi məktəbində (1948), Azərbaycan Dövlət Konservatoriyasında (1953-1958, Qara Qarayevin sinfi) təhsil alıb. Bir müddət Şuşada musiqi məktəbində dərs deyib.

Kоnservatоriyanın ilk kursunda fоrtepianо, skripka və kvartet üçün əsərlər yazıb. 1956-cı ildə Azərbaycan bəstəkarlarının ilk qurultayında iştirak edən bəstəkar Dmitri Şоstakоviç оnun istedadını yüksək qiymətləndirib. Bu illərdə tamaşaya qоyulan “7 gözəl” və “İldırımlı yоllarla” baletləri gələcək yaradıcılığına həlledici təsir göstərib. “Məhəbbət əfsanəsi” baletinin ilk tamaşası 1961-ci ildə Leninqrad Оpera və Balet Teatrında оlub. Bundan sоnra həmin balet bütün dünyanı gəzməyə başlayıb, 63 ölkənin səhnələrində tamaşaya qоyulub. Yaradıcılığı müxtəlif janrları əhatə edir. “Məhəbbət əfsanəsi” baletinin, “Nağıl”, “Füzuli”, “Vətən”, “Metamorfozlar”, “Axırıncı aşırım” simfonik poemalarının, altı simfoniyanın müəllifidir.

Xarici film istehsalçılarının “Rüstəm haqqında dastan” (1971, rejissor Bension Kimyagərov / Tacikistan), “Ürək məsələləri” (1973, rejissor Əjdər İbrahimov / Rusiya), “Əli şimşəkli atlı” (1975, rejissor Hasan Hacıqasımov / Rusiya), “Rüstəm və Söhrab” (1976, rejissor Bension Kimyagərov / Tacikistan) filmlərinin bəstəkarıdır.

1958-ci ildən Bakı Musiqi Akademiyasında dərs deməyə başlayıb, professor (1979) və bəstəkarlıq kafedrasının müdiri kimi çalışıb.

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü olub (2014).

Dövlət mükafatı laureatı (1986), “İstiqlal” (1998) və "Heydər Əliyev" ordeni (2013) mükafatçısı, Əməkdar incəsənət xadimi (1965), Azərbaycan (1978) və SSRİ Xalq artisti (1986) Arif Məlikov 2019-cu ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.