Arif Babayev

Rejissor Ssenari müəllifi Aktyor

Doğum tarixi:

25 sentyabr 1928

Vəfat tarixi:

26 avqust 1983


Arif Hacıağa oğlu Babayev Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rejissorluq fakültəsində təhsil alıb (1947-1953, Mehdi Məmmədov sinfi). Azərbaycan Dövlət Teleradio Komitəsində (1956-1968), “Azərbaycanfilm” kinostudiyasında (1968-1983) işləyib. Azərbaycan kinosunda “müəllif” kinosunun nümayəndələrindəndir. Əməkdar incəsənət xadimi (1964) Arif Babayev 1983-cü ildə vəfat edib.

Rejissor Arif Babayev rejissor Vasif Babayevin qardaşıdır.