Araz Atakişiyev

Ssenari müəllifi Aktyor İkinci rejissor

Doğum tarixi:

14 yanvar 1991


Araz Qabil oğlu Atakişiyev Gəncə şəhərində anadan olub. Ora təhsilini Bakıda alıb. Orta məktəbdə oxuyarkən “Şən və Hazırcavablar Klubu”nda (KVN) iştirak edib (2004), bir neçə dəfə çempion olub. 2006-cı ildən “Şən və Hazırcavablar Klubu”nda ssenarist olaraq işləməyə başlayıb. 2007-ci ildə Azərbaycan Debat Çempionatında 1-ci yerə layiq görülüb. 2009-cu ildə “Şən və Hazırcavablar Klubu”nun keçirdiyi universitetlər arası çempionatda Müəllimlər Universitetinin tərkibində çempion olub.

Xəzər TV-də yayımlanan “Mix show” verilişinin ssenaristi, eyni zamanda “Qələm” ssenarist qrupunun üzvü olaraq fəaliyyət göstərib.