Aqil M.Quliyev

Rejissor Aktyor Filmi səsləndirən Prodüser

Doğum tarixi:

05 avqust 1972


Aqil M.Quliyev (Aqil Quliyev Mansur oğlu) Bakıda anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Bədii kino və televiziya rejissorluğu fakültəsində təhsil alıb (1990-1996).

1989-cu ildə “Azərbaycanfilm” kinostudiyasında rejissor köməkçisi kimi fəaliyyətə başlayıb. “MİR” Teleradio Şirkətində və Azərbaycan televiziyasında rejissor (1994-1997), ABA TV-də reklam rejissoru (1997-1999), “Academy Production” şirkətinin icraçı direktoru (2006-2007) vəzifələrində çalışıb.

1992-ci ildən aktyor kimi filmlərdə çəkilir.
M
üstəqil prodüser və rejissor kimi reklam və musiqi klipləri ilə məşhurlaşıb.

Rusiya istehsalı olan “Biz sizə müharibə elan edirik” (2010, rejissor İqor Xolodkov) serialında Ruslan rolunda çəkilib. 

2007-ci ildən “Aqil M.Film” şirkətinin təsisçisi və bədii rəhbəridir.