Antonin Dvorjak

Bəstəsindən istifadə olunub

Doğum tarixi:

08 sentyabr 1841

Vəfat tarixi:

01 may 1904


Antonin Dvorjak Çexiyada anadan olub.

Bedrjix Smetananın musiqisini eşidərək bəstəkar olmağa qərar verib. Smetananın dirijoru olduğu Praqa Teatrında violençel ifaçısı kimi musiqi fəaliyyətinə başlayıb. Musiqi bəstələmək üçün 1873-cü ildə orkestrdən uzaqlaşıb və 1 il içində Avstriya milli mükafatını alan 3-cü simfoniyasını yazıb. Praqa, Kembric, Nyu York-da çalışıb. 1895-ci ildə Vətəninə geri dönüb. Vətənpərvərlik mövzusunda yazdığı “Himn” kantatası, eləcə də “Slavyan rəqsləri” ona dünya şöhrəti gətirib. Operaları çeх milli оpera repertuarının əsasını təşkil edir. 9 simfоniya, 10 opera, 5 simfоnik pоema, 5 uvertüra, skripka ilə оrkestr üçün kоnsert, оratоriya müəllifi Antonin Dvorjak 1904-cü ildə vəfat edib.