Anatollu Qəniyev (II)

Səs rejissoru Aktyor

Doğum tarixi:

18 may 1990


Anatollu Heydər oğlu Qəniyev Bakıda anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mədəni maarif fakültəsində təhsil alıb.

Uzun müddət İctimai televiziyada səs rejissoru olaraq çalışıb (2008-2020). Əsasən xarici filmlərin səsləndirilməsi-dublyaj işi ilə məşğul olub. “Bridcit Consun gündəliyi 1-2”, “Dəmir adam 1-2”, “Flin olmaq”, “Milad əhvalatı”, “Robinzon Kruzo”, “Bir dayan”, “Vinni Pux” kimi xarici filmlərin dublyaj səs rejissoru olub. Hazırda Milli Gimnastika Arenasının (2020-ci ildən) və Space televiziyasının (2021-ci ildən) səs rejissorudur.

Səs rejissoru Anatollu Qəniyev (II) musiqiçi Heydər Anatollunun oğludur.