Anatoli Falkoviç

Aktyor

Doğum tarixi:

04 oktyabr 1923

Vəfat tarixi:

01 noyabr 1994


Anatoli Solomonoviç Falkoviç Bakıda anadan olub.

Bakı Teatr Məktəbində təhsil alıb (1942).

Azərbaycan Dövlət Rus Dram Teatrında (1941-1942, 1945-1968, 1970), M.Qorki adına Rostov-na–Donu Teatrında (1968-1970) çalışıb.

Kinoda 1958-ci ildən çəkilməyə başlayıb. 8 filmdə Feliks Dzerjinskinin rolunu canlandırıb (1965-1975).

Əməkdar artist (1960), Xalq artisti (1972), Dövlət mükafatı laureatı (1972) Anatoli Falkoviç 1994-cü ildə qastrol zamanı İsrailin Hayfa şəhərində səhnədə vəfat edib.