Anar Heybətov
Aktyor
Doğum tarixi:
25 sentyabr 1976
Anar Mithət oğlu Heybətov Bakıda anadan olub. Bülbül adına orta ixtisas musiqi məktəbinin xalq çalğı alətləri şöbəsinin tar sinfində (1983-1994), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsində (1995-1999, Azər Paşa Nemətovun kursu) təhsil alıb.
İlk dəfə Dram Teatrında “Mənim ərim dəlidir” tamaşasında cangüdən rolu ilə səhnəyə çıxıb.
2001-ci ildən Akademik Milli Dram Teatrının aktyorudur.
Rusiya istehsalı olan “Dronqo” (2002, rejissor Zinoviy Royzman) serialında Ramazan rolunda çəkilib.
Əməkdar artistdir (2017).

Filmoqrafiya
Poster
Filmin adı
Filmdə statusu
-
Xəyanət Rollarda