Anar Həsənov
Ssenari müəllifi
Redaktor
Doğum tarixi:
31 may 1982
Anar Fəzail oğlu Həsənov Bakıda anadan olub.
Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb (1999-2003).
Space televiziyasında redaktor vəzifəsində işləyib (2006-2015). “Sağlamlıq” elmi-kütləvi verilişinin redaktoru olub. “İnfomed” tibbi informasiya servisinin layihə rəhbəri, “Point” reklam agentliyinin həmtəsisçisi olub. Hazırda reklam sahəsində kopirayter vəzifəsində çalışır.