Anar Cəbrayıllı

Ssenari müəllifi Aktyor

Doğum tarixi:

29 oktyabr 1974


Anar Cəbrayıllı Cəbrayılın Balyand kəndində anadan olub.

Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsində (1992-1997) və İqtisadi nəzəriyyə ixtisası üzrə aspiranturasında (2002) təhsil alıb.

1998-ci ildən jurnalistika sahəsindədir. "Avrasiya", "Azernews" qəzetlərində işləyib. ANS TV-də müxbir, redaktor, aparıcı-redaktor, baş aparıcı-redaktor, iqtisadiyyat şöbəsinin müdiri, “İqtisadiyyat” verilişinin şef-redaktoru vəzifələrində çalışıb (2001-2011).

"Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri olub (2011-2024).

“Tərəqqi” medalı ilə təltif olunub (2020).

2025-ci ildən İpoteka və Kredit Zəmanət Fondunun Kommunikasiya və informasiya təminatı xidmətinin rəisidir.