Əminə Dilbazi

Xoreoqraf Aktrisa

Doğum tarixi:

26 dekabr 1919

Vəfat tarixi:

30 aprel 2010


Əminə Paşa qızı Dilbazi Qazaxda anadan olub.

1935-ci ildə ilk dəfə səhnəyə çıxaraq Üzeyir Hacıbəyovun “Kolxoz çölləri” mahnısını ifa edib. Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Dövlət Rəqs ansamblının solisti (1936-1939), sonralar isə rəqs qrupunun rəhbəri olub. 1959-cu ildə Azərbaycan Tibb İnstitutunun nəzdindəki “Çinar” tələbə rəqs kollektivinə rəhbərlik edib. 1967-ci ildə “Sevinc” qızlar ansamblını yaradıb. 1949-cu ildən Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyət göstərib. 1957-ci ildə Moskvada tələbə və gənclərin 6-cı ümumdünya festivalında qızıl medala layiq görülüb. Filmlərdə, tamaşalarda rəqslərə quruluş verib. Repertuarına rus, ukrayna, özbək, ərəb rəqsləri də daxildir.

“İstiqlal” ordeni ilə təltif olunub (1999). Əməkdar artist (1954), Xalq artisti (1959), Əminə Dilbazi 2010-cu ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.

Rəqqasə Əminə Dilbazi bəstəkar Cövdət Hacıyevin həyat yoldaşı olub.