Altay Yaşar

Mahnı mətni müəllifi Əsərindən istifadə olunub

Doğum tarixi:

18 avqust 1976


Altay Yaşar (Altay Səfərov) Bakıda anadan olub.

Azərbaycan Texniki Universitetində Avtomobil nəqliyyat vasitələrinin texniki istismarı, Azərbaycan Universitetində Beynəlxalq hüquq və siyasət üzrə magistratura təhsili alıb.

Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında referent, böyük referent, “Azərbaycan dünyası” Beynəlxalq Jurnalı və “Dədə Qorqud” Milli Fondunda vitse-prezident, “Ozan production” təsisçisi və rəhbəri, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Salnamələr şöbəsinin əməkdaşı kimi çalışıb. Bir sıra dövlət və akademik kurslar bitirib. Mahnı sözü yazarı kimi tanınıb. Hazırda Günay Bank ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində Biznesin İnkişafı Departamentinə rəhbərlik edir.