Almaz Ələsgərli
Doğum tarixi:
06 oktyabr 1966
Almaz Ramiz qızı Ələsgərli (Almaz Ələsgərova) Bakıda anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyoru fakültəsində təhsil alıb (1985-1990).
Azərbaycan Dövlət Musiqili Komediya Teatrında (1987-1989) və Rəşid Behbudov adına Mahnı Teatrında (1988-1995) solist kimi çalışıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedoqoji fəaliyyətlə məşğul olub (2012-2016). 2016-cı ildən Musiqili Teatrda vokal artisti-solist kimi çalışır.
Paralel olaraq müğənnilik fəaliyyətini davam etdirir. “Bakı payızı-85” estrada artistləri müsabiqəsinin diplomantı (1985), “Bakı payızı-88” estrada artistləri müsabiqəsinin laureatı (1988), “Oştun azem tündörü” festivalının qalibi olub (1999, Oş / Qırğızıstan).
Əməkdar artistdir (2007).