Allahverdi Yolçuyev

Aktyor Filmi səsləndirən

Doğum tarixi:

20 avqust 1958


Allahverdi Bayram oğlu Yolçuyev Qərbi Azərbaycanda Stenonovan şəhərində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb (1975-1980). Leninqradda keçirilən bədii qiraətçilərin Yaxontov adına müsabiqənin diplomantı olub (1978-1979). Bir müddət Azərbaycan Dövlət İncəsənət İnstitutunda səhnə nitqi müəllimi olub (1982-1985). Azərbaycan Radiosunda onlarla radio tamaşalarda müxtəlif obrazlar səsləndirib. Uzun illər Azərbaycan Dövlət Televiziyasında “Layla”, “Göydən üç alma düşdü”, “Ovçu Pirim” kimi uşaq verilişlərinin aparıcısı olub. Sumqayıt Dövlət Dram Teatrında, Musiqili Komediya Teatrında çalışıb. “Vahid” Satira Teatrınn aktyorudur. Dublyaj sahəsində çalışır.