Əli Nur

Aktyor

Doğum tarixi:

10 yanvar 1948


Əli Nur (Əlibala Nurəliyev Qayıb oğlu / Əli Nurzadə) Ağsunun Bicov kəndində anadan olub.

1965-ci ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun Sənayenin iqtisadiyyatı fakültəsinə daxil olub. Üçüncü kursa keçəndə köçürmə ilə 1968-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun birinci kursuna götürülüb, 1972-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib.

Sumqayıt Dövlət Dram Teatrında aktyor (1972-1982), direktor (1982-1986) kimi çalışıb. 1986-cı ildən Akademik Milli Dram Teatrının aktyorudur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğuldur, dosentdir.

Əməkdar artist (2002), Xalq artistidir (2019).