Əli Xəlilov
Doğum tarixi:
18 yanvar 1894
Vəfat tarixi:
22 iyun 1975
Əli Tağı oğlu Xəlilov Naxçıvanda anadan olun.
İlk təhsilini mollaxanada və M.T.Sidqinin məktəbində alıb. Tiflisdə texniki peşə məktəbində oxuyub (1911–1915).
Məzun olduqdan sonra Naxçıvana qayıdaraq Rüşdiyyə məktəbində dərs deyib. Naxçıvan teatrında çalışıb. 1917-ci ildə Rza Təhmasib tərəfindən tamaşaya qoyulan "Arşin mal alan", "O olmasın, bu olsun" komediyalarında Vəli və Hambal rollarını oynayıb. Naxçıvan Teatrının direktoru işləyib (1920-1935). 1930-cu illərin sonlarında Bakıya gedərək Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb. "Naxçıvan teatrının tarixi" kitabı çap olunub (1964).
Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Əli Xəlilov 1975-ci ildə vəfat edib.