Əli Haqverdiyev
Doğum tarixi:
29 iyul 1939
Vəfat tarixi:
14 sentyabr 1992
Əli Həsən oğlu Haqverdiyev Bakıda anadan olub.
Əzim Əzimzadə adına Rəssamlıq məktəbinin qrafika şöbəsində (1955), Bakı Orta İxtisas Musiqi Məktəbində (1958), Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsində (1961-1966) təhsil alıb.
Rəssamlıq Məktəbində охuduğu dövrdə “Kirpi”, “Göyərçin” jurnallarında yaradıcılıq işləri dərc оlunub. 1962-ci ildə Opera və Balet Teatrına işə qəbul edib. Bir müddət Leninqrad Malıy Opera Teatrında təcrübə keçib. “Arşın mal alan” musiqili komediyasının qrammofon valına yazılışında (1973) Soltan bəyin partiyasını oxuyub. Teatrda işləməklə yanaşı 1981-ci ildən Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsində müəllim kimi çalışıb.
Əməkdar artist (1991) Əli Haqverdiyev 1992-ci ildə yüksək gərginlikli cərəyana qapılması nəticəsində həlak olub.