Aleksandr Qalperin
Operator
Doğum tarixi:
23 sentyabr 1907
Vəfat tarixi:
05 mart 1995
Aleksandr Vladimiroviç Qalperin Bakıda anadan olub.
Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb və elə məzun olan kimi (1936) orada operatorluqdan dərs deməyə başlayıb.
Kinoda 1926-cı ildən fəaliyyət göstərib. Sovet kinosunda ilk dəfə olaraq quraşdırılmış səhnələri çəkib.
Sənətşünaslıq namizədi (1940), professor (1960), Stalin mükafatı laureatı (1949), Rusiyanın Əməkdar incəsənət xadimi (1968) Aleksandr Qalperin 1995-ci ildə Moskvada vəfat edib.
