Ələviyyə Babayeva
Doğum tarixi:
12 avqust 1921
Vəfat tarixi:
23 sentyabr 2014
Ələviyyə Hənifə qızı Babayeva Bakıda anadan olub.
Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb.
"Azərbaycan qadını" jurnalında məsul katib (1951-1973), "Gənclik" nəşriyyatında müasir ədəbiyyat şöbəsinin müdiri (1973-1976), baş redaktor (1976-1985), Azərbaycan Yazıçılar Birliyinin qəbul komissiyasının üzvü, tərcümə seksiyasının rəhbəri olub.
Ədəbi fəaliyyətə 1936-cı ildə "Ədəbiyyat qəzeti"ndə dərc olunmuş "İki həyat" adlı hekayəsi ilə başlayıb. “Adamlar və talelər”, “Səni axtarıram”, “Əlvida”, “Rəngbərəng yuxular” və s. kitabların müəllifidir. Hekayə, povest və romanlar yazmaqla yanaşı, müasir rus ədəbiyyatından tərcümələr edib.
Əməkdar mədəniyyət işçisi (1979) Ələviyyə Babayeva 2014-cü ildə vəfat edib.
Yazıçı Ələviyyə Babayeva rəssam Rasim Babayevin bacısıdır.
