Akif Əlizadə

Məsləhətçi

Doğum tarixi:

25 fevral 1934


Akif Ağamehdi oğlu Əlizadə Bakıda anadan olub.

Azərbaycan Sənaye İnstitutunun Geoloji-kəşfiyyat fakültəsində təhsil alıb.

1957-ci ildə Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda əmək fəaliyyətinə başlayıb. Əvvəlcə elmlər namizədi, 35 yaşında isə doktorluq dissertasiyası müdafiə edib. SSRİ-də ən gənc yüksək ixtisaslı mütəxəssislərdən biri idi və Azərbaycan Elmlər Akademiyası sistemində ən cavan direktor müavini olub. 1970-ci ildən İnstitutunun direktor müavini, 1976-cı ildən isə direktoru olub. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini həyata keçirib (2013–2019). Geologiya və Geofizika İnstitutunun direktorudur.

Əməkdar elm xadimi (1991), Dövlət mükafatı laureatıdır (1991). “Şöhrət” (2004), “Şərəf” (2009) və “İstiqlal” (2014) ordenləri ilə təltif olunub.