Akif Əliyev

Prodüser İcraçı prodüser İnzibatçı Prodüser müavini Yaradıcı heyətin üzvü Direktor Xətt prodüseri

Doğum tarixi:

15 may 1951


Akif Gülrza oğlu Əliyev (Akif Gülrzaoğlu) Bakıda anadan olub.

Azərbaycan Neft və Kimya İnstitunun Kimya-texnologiya fakültəsində (1980), Moskvada Kinofilmlərin istehsalının təşkili və yaradılması üzrə ixtisasartırma kurslarında (1986) təhsil alıb.

Əmək fəaliyyətinə 1968-ci ildə fəhlə kimi başlayıb. 1973-cü ildən “Azərbaycanfilm” kinostudiyasında istehsalat şöbəsinin dispetçeri, mühəndis, istehsalat şöbəsinin rəisi olaraq çalışıb. 1986-cı ildən filmlərdə direktor müavini, direktor, icraçı prodüser müavini, icarçı prodüser vəzifələrində işləyir.