Aqşin Əlizadə
Doğum tarixi:
22 may 1937
Vəfat tarixi:
03 may 2014
Aqşin Əliqulu oğlu Əlizadə Bakıda anadan olub. Bülbül adına xüsusi musiqi məktəbində (1955), Azərbaycan Dövlət Konservatoriyasında (1962, Cövdət Hacıyevin bəstəkarlıq sinfi) təhsil alıb. Əmək fəaliyyətinə Azərbaycan Dövlət Konservatoriyasında müəllim kimi başlayıb, bəstəkarlıq kafedrasında işləyib (1963-1972). Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibi (1979-1985, 2007-2012), Azərbaycan Bəstəkarlar İttifaqının sədri (1985–1990), Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri (1991–1994) olub. Əsas əsərləri: “Babək” baleti (1979), “Natəvan” baleti, “Qafqaza səyahət” baleti (2002), “Ümid valsı” baleti (2008), 5 simfoniya, Skripka ilə orkestr üçün konsert, Violonçel ilə orkestr üçün poema, xor üçün “Bayatılar”, “Uşaq süitası”, “Pastoral”, “Aşıqsayağı”, “Cəngi”, “Kənd suitasi”, “Dastan”, “Şirvan lövhələri”, “Yumoreska” (uşaq xoru üçün), Skripka və fortepiano üçün “Portret”, Fortepiano üçün “Dastan”, Fortepiano üçün “Köhnə oyunlar”, Skripka və orqan üçün “Dialoq”, xoreoqrafiq simfoniya və s. 40-dan çox filmə və tamaşaya musiqi yazıb. Tələbə vaxtı yazdığı sonata “Gənc Bəstəkarların I Ümumittifaq Müsabiqəsi”ndə I dərəcəli diploma (1962), Birinci simfoniya “Zaqafqaziya Baharı” festivalında I diploma layiq görülüb.
“Şöhrət” ordeni (1997) və “Şərəf” ordeni (2012) ilə təltif edilib. Əməkdar incəsənət xadimi (1982), Xalq artisti (1987), Dövlət mükafatı laureatı (1978), professor (1988) Aqşin Əlizadə 2014-cü ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.
Bəstəkar Aqşin Əlizadə bəstəkar Əli Əlizadənin atasıdır.

Filmoqrafiya
-
Abşeron, ay Abşeron Bəstəkar