Aqil Dadaşov
Ssenari müəllifi
Doğum tarixi:
29 noyabr 1955
Aqil İsax oğlu Dadaşov Qazax şəhərində anadan olub.
Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb (1978).
Əmək fəaliyyətinə «Bakı» və «Baku» axşam qəzetləri redaksiyasında başlayıb. Azərbaycan Həmkarlar İttifaqları Şurasının (indiki AHİK) «Ülfət» qəzetinin məsul katibi, baş redaktorun müavini vəzifələrində işləyib (1991-1992). 1992-ci ildən qəzetin baş redaktorudur. 1998-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini seçilib.
Əməkdar mədəniyyət işçisi, Əməkdar jurnalistdir (2015).