Ağalar Bayramov

Aktyor Filmi səsləndirən Ssenari müəllifi

Doğum tarixi:

16 yanvar 1954


Ağalar Xanlar oğlu Bayramov Ucarın Boyat kəndində anadan olub.

Göyçay Texniki Peşə Məktəbində (1971-1972), Bakı Mədəni-Maarif Texnikumunun özfəaliyyət dram rəhbəri ixtisasında (1977-1979), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (1980-1985) təhsil alıb.

1985-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyor sənəti kafedrasında baş laborant, bir müddət sonra isə dekan müavini işləyib.

Hələ universiteti bitirməmiş, yəni 1984-cü ildən Tədris Teatrında aktyor kimi fəaliyyətə başlayıb.

1991-ci ildən Universitetdə “Səhnə danışığı” fənnini tədris edir.

1983-cü ildən Azərbaycan televiziyasında bədii qiraətçi-aktyor kimi çalışıb.

“Qızıl qılınc” mükafatı laureatı (2003), Əməkdar artistdir (2002).