Əfrasiyab Bədəlbəyli

Bəstəsindən istifadə olunub Musiqi tərtibatçısı

Doğum tarixi:

19 aprel 1907

Vəfat tarixi:

06 yanvar 1976


Əfrasiyab Bədəlbəy oğlu Bədəlbəyli Bakıda anadan olub.

Ali Pedaqoji İnstitutun nəzdindəki məktəbdə, Bakı Teatr Texnikumunda, Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində, Leninqrad Konservatoriyasının nəzdindəki musiqi məktəbində təhsil alıb.

20 yaşında Cəfər Cabbarlının “Od gəlini” pyesinə yazdığı musiqi sənətsevərlər tərəfindən yüksək qiymətləndirilib. Xeyli müddət Moskva və Leninqrad opera və balet teatrlarında dirijor assistenti kimi fəaliyyət göstərib. 1938-ci ildən ömrünün sоnunadək Azərbaycan Dövlət Оpera və Balet Teatrında dirijоr işləyib. Azərbaycanda ilk baletin müəllifidir, 33 yaşında “Qız qalası” baleti ilə musiqi tariximizdə ilk Azərbaycan baletinin əsasını qoyub. Sonrakı illərdə operalar yazıb, tamalara musiqi bəstələyib.

Azərbaycan radiоsu və televiziyasında milli musiqi sənətini geniş təbliğ edib.

 Əməkdar incəsənət xadimi (1940), Xalq artisti (1960) Əfrasiyab Bədəlbəyli 1976-cı ildə vəfat edib, II Fəxri Xiyabanda dəfn olunub.

Musiqiçi Əfrasiyab Bədəlbəyli Azərbaycanın ilk balerinası, baletmeyster Qəmər Almaszadənin həyat yoldaşıdır.
Musiqiçi Əfrasiyab Bədəlbəyli teatr rejissoru, aktyor Şəmsi Bədəlbəylinin qardaşıdır.