Ədalət Məmmədov

Aktyor Filmi səsləndirən

Doğum tarixi:

13 iyun 1949


Ədalət Məti oğlu Məmmədov Zərdab şəhərində anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsində təhsil alıb (1971).

1971-ci ildən təqaüdə çıxana qədər Gənc Tamaşaçılar Teatrının aktyoru olub. Dublyaj-səsləndirmə sahəsində səs tembri ilə seçilən aktyorlardandır. Hazırda Azərbaycan televiziyasının dublyaj redaksiyasında çalışır.

Əməkdar artistdir (1991).