Əbülfəz Axundov (II)
Rəssam
Doğum tarixi:
14 mart 1961
Vəfat tarixi:
05 avqust 2018
Əbülfəz Marlen oğlu Axundov Naxçıvanda anadan olub.
Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb (1977-1981).
1987-ci ildən ömrünün sonuna kimi Çəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında quruluşçu rəssam vəzifəsində çalışıb. Əsərləri Cəlil Məmədquluzadə adına Naxçıvan MR Ədəbiyyat Muzeyində, Cəlil Məmədquluzadə adına Naxçıvan Musiqili Dram Teatrında, Naxçıvan MR Rəssamlar Birliyində və bir çox şəxsi kolleksiyalarda qorunub saxlanılır.
Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı (2004) Əbülfəz Axundov 2018-ci ildə vəfat edib