Abbas Bağırov

Musiqi ifaçısı Aktyor

Doğum tarixi:

29 avqust 1982


Abbas Nizami oğlu Bağırov Gəncədə anadan olub. Gəncə Musiqi Məktəbində (1988-1998, fortepiano), Tərtər Maliyyə İqtisad Kollecində (2000-2002) təhsil alıb. 2002-ci ildən musiqi ilə məşğul olmaq üçün Bakı şəhərinə gəlib və müxtəlif sənətkarlardan dərs alıb. Hazırda vokal musiqi ifaçısı kimi fəaliyyət göstərir. Bəzi mahnılarının sözləri və bəstəsi də özünə aiddir. Əməkdar artistdir (2011).