Beynəlxalq Audiovizual Festival


Festival 2001-2007-ci il tarixlərində 7 dəfə keçirilib.

Təşkilatçı: Azərbaycan Professional Kinorejissorlar Gildiyası

 

 

I Beynəlxalq Audiovizual Festival (“Gənc professional” I Beynəlxalq Audiovizual Festival) (2001)

Tarix: 12-14 oktyabr 2001
Münsiflər heyətinin sədri: Rasim Ocaqov

Qaliblər:
Ən yaxşı audiovizual iş – Qran-Pri: verilmədi
Ən yaxşı film:  Çin olmuş yuxu (Rövşən İsmayılov)
Ən yaxşı sənədli film: Skripkaçı (Nəsimi Əliyev)
Ən yaxşı klip: Sən gedən gündən (Fuad Əlişov)
Ən yaxşı televiziya verilişi: Əsirlət və sirlər (G.Əliyeva, ANS)
Ən yaxşı kompüter qrafikası: “Bahar” animasiya reklamı (Səyavuş Hüseynli, Soy production), “Həyatınızı dəyişdirin” reklamı (A.Əbiyev, 215 KL)
Ən yaxşı rejissor: Səyavuş Hüseynli, Elxan Cəfərov
Ən yaxşı prodüser: Ülviyyə Könül
Ən yaxşı operator: Nadir Mehdiyev
Ən yaxşı montajçı: Şahin Zəkizadə
Ən yaxşı kompüter dizayneri: Samir Fərzəlibəyov

 

 

II Beynəlxalq Audiovizual Festival (“Gənc professional” II Beynəlxalq Audiovizual Festival) (2002)

Tarix: 21-27 oktyabr 2002
Festival 9 ölkənin iştirakı ilə keçirilib.
Festivalın sədri Ayaz Salayev, Münsiflər heyətinin sədri Çingiz Abdullayev

Qaliblər:
Ən yaxşı Audiovizual əsər: Divar (Georgi Masxaraşvili, Gürcüstan)
Ən yaxşı bədii film: Kağız qayğıları (Boqdana Smirnova, Ukrayna)
Ən yaxşı sənədli film: Qocalar (Valentin və Maksim Vasanoviç, Ukrayna)
Ən yaxşı müəllif TV proqram: İşgüzarlar - 4-cü buraxılış (Dmitri Bratışev, Rusiya)
Ən yaxşı klip: Tut ağacı (Aqil M.Quliyev, Azərbaycan)
Ən yaxşı reklam: Əsas şeyləri demək vaxtıdır (Maksim Subotin, Belarus)
Ən yaxşı kompüter qrafikası: ATV (Soltan Production, Azərbaycan)
Ən yaxşı tələbə işi: Yatmış gözəl (Vera Yakovenko, Ukrayna)
Ən yaxşı rejissor: İrina Sitkova (Eynək, Rusiya)
Ən yaxşı prodüser: Nonna Müzəffərli (Epizod, Azərbaycan)
Ən yaxşı ssenarist: David Şokolaşvili (Səma altında təzə heç nə yoxdur, Gürcüstan)
Ən yaxşı operator: Vadim İlkov (Ukrayna)
Ən yaxşı kompüter dizayneri: Fuad Dadaşov (Lider-dizayn, Azərbaycan)
Professional Kinorejissorlar Gildiyasının xüsusi mükafatı - əsərin orijinal həllinə görə: Sehirli fleyta (Viestus Kairişs, Latviya) / Nağıl (Lyudmila Dubrovskaya, Belarus)
Azərbaycan Kinematoqrafçılar İttifaqının xüsusi mükafatı - yaradıcılıq axtarışlarına görə: Narko (Samir Fərzəlibəyov, Azərbaycan)
Azərbaycan Yazıçılar Birliyinin xüsusi mükafatı - orijinal ideyaya görə: Duz gölü (Vasif Məmmədzadə, Azərbaycan)
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xüsusi mükafatı - uğurlu debütə görə: Əsirin qayıtması (Həbibə Mirzəyeva, Azərbaycan) / Tale (Sedef Bayburluoğlu, Türkiyə)
Gənclik Beynəlxalq Turizm Mərkəzinin xüsusi mükafatı: İdeal qətl (Kamola Mahbubova, Özbəkistan) / Bank Kaspiyski (Axan Satayev, Qazaxıstan) / Sutosopeli (Mariam Kandelaki, Gürcüstan)

 

 

III Beynəlxalq Audiovizual Festival (“Gənc professional” III Beynəlxalq Audiovizual Festival) (2003)

Tarix: 19-23 noyabr 2003
Festival 11 ölkənin iştirakı ilə keçirilib.

Qaliblər:
Ən yaxşı audiovizual əsər: Bataqlıqda (Maksim Surkov, Ukrayna)
Ən yaxşı bədii film: Sənin üzünün işığı (Ruslan Korastinevski, Litva)
Ən yaxşı sənədli film: Sükutun səsi (İqbal Məmmədəliyev, Azərbaycan)
Ən yaxşı televiziya müəllif proqramı: Babalar və oğullar (Görkem Kiriş, Türkiyə)
Ən yaxşı klip: Tanqo (Etibar Həsənov, Azərbaycan)
Ən yaxşı reklam: Nurbankın Depozitləri (Akhan Satayev, Qazaxıstan)
Ən yaxşı kompüter qrafikası: Mbask (Soy production, Azərbaycan)
Ən yaxşı tələbə işi: Doktor Rıcık (Elena Boyko, Ukrayna)
Ən yaxşı animasiya: Növbəti (Anatoli Lovrenişin, Ukrayna)
Ən yaxşı rejissor: Kölgə (Robin von Vardenberq, Almaniya)
Ən yaxşı prodüser: Sənin üzünün işığı (Ruslan Korastinevski, Litva)
Ən yaxşı ssenarist: Yabancılar (Ozan Onat, Türkiyə)
Ən yaxşı operator: Post Punkt (Georgi Devdarani, Gürcüstan)
Ən yaxşı kompüter dizayneri: Ruslan Korastinevski (Litva)
Professional Kinorejissorlar Gildiyasının xüsusi mükafatı - əsərin orijinal həllinə görə: Tək əlin səsi (Hüseyn Cavadzadə, Azərbaycan) / Zamanın kabuğu (Ahmet Kuçukkayalı, Türkiyə)
Azərbaycan Kinematoqrafçılar İttifaqının xüsusi mükafatı - yaradıcılıq axtarışına görə: İtkin düşənlər (Maksim Subbotin, Belarus)
Azərbaycan Yazıçılar Birliyinin xüsusi mükafatı - orijinal ideyaya görə: Uzun buğdanın gecəsi (Mariya Melnikova, Rusiya)
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xüsusi mükafatı - uğurlu debütə görə: Labirint (Asif Rüstəmov, Azərbaycan) / Fundamentalist (Yevgeni Qriqoryev, Rusiya)
Gənclik Beynəlxalq Turizm Mərkəzinin xüsusi mükafatı: Qarda zambaq (Ayub Şaxabbadinov, Özbəkistan) / Sevgi oyunu (Samir Kərimoğlu, Azərbaycan) / Dağların telli havası (Kəmalə Musazadə, Azərbaycan) / Troleybus şəhəri (Beyn Zolitte, Litva) / Parade de mur (Tamara Sulamanidze, Gürcüstan) / Kaxani (Lyudmila Dubrovskaya, Belarus)

 

 

IV Beynəlxalq Audiovizual Festival (2004)

Tarix: 26-30 oktyabr 2004
Festival 17 ölkədən 90-a yaxın işin iştirakı ilə keçirilib.

Qaliblər:
Ən yaxşı audiovizual əsər: Libas (Giorgi Çalauri, Gürcüstan)
Ən yaxşı bədii film: Məhəbbət və kartof (Nona Qiunaşvilli, Gürcüstan)
Ən yaxşı sənədli film: Əyalət teatrının tarıxçəsi (Əli İsa Cabbarov, Azərbaycan)
Ən yaxşı televiziya müəllif verilişi: Tarixin qisası (Zahir Əli, Azərbaycan)
Ən yaxşı tələbə işi: Neft (Tatyana Əliyeva, Azərbaycan)
Ən yaxşı video-art: Vizual (Zinaida Pasko, Azərbaycan)
Ən yaxşı debüt (qrafik dizayn): Metamorfosis (Fran Estevez, İspaniya)
Ən yaxşı klip: Ürək döyünür (Giorgi Liponava, Gürcüstan)
Ən yaxşı rejissor: Öz xoşbəxtliyinin yaradıcısı (Evgeni Qriqoryev, Rusiya)
Ən yaxşı ssenarist: Qapı (Vladimir Kott, Rusiya)
Ən yaxşı operator: Od nəğməsi (Mehdi Pərizad, İran)
Ən yaxşı prodüser: Es (İvars Zviedri, Latviya)
Media münsiflər heyətinin xüsusi mükafatı: Həyat haqqında mim (Çingiz Rəsulzadə, Rusiya)
"525-ci qəzet"in xüsusi mükafatı - jurnalist simpatiyası: Rənglərdən süzülən işıq (Emil Babayev, Azərbaycan)
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xüsusi mükafatı - uğurlu debütə görə: Qış dənizi (Erika Tasini, ABŞ) / Bumeranq (Könül Hüseynova, Azərbaycan) / Divarlar və qapılar (Roman Bondarçuk, Ukrayna) / Bir daha məhəbbət haqqında (Zamin Məmmədov, Azərbaycan)
Professional Kinorejissorlar Gildiyasının xüsusi mükafatı - əsərin orijnal həllinə görə: Vivid house (Niklas Dietriç, Almaniya) / Leylanın xəzinəsi (Pünhan Həsənli, Azərbaycan)
Azərbaycan Yazıçılar Birliyinin xüsusi mükafatı - orijinal ideyaya görə: Anam haqqında bir şey (Hatice Özlem Sarıyıldız, Türkiyə) / Katarsis (Yusif Quliyev, Azərbaycan)
Azərbaycan Kinematoqrafçılar İttifaqının xüsusi mükafatı - yaradıcılıq axtarışlarına görə: Katarsis (Yusif Quliyev, Azərbaycan)
Yeni Dalğa Prodüser Mərkəzinin xüsusi mükafatı – yaradıcılıq axtarışlarına görə: Katarsis (Yusif Quliyev, Azərbaycan)

 

 

V Beynəlxalq Audiovizual Festival (2005)

Tarix: 4-8 oktyabr 2005
Festival 17 ölkədən 70-ə yaxın işin iştirakı ilə keçirilib.

Qaliblər:
Ən yaxşı audiovizual əsər: İstehza (Raul Cerezo, İspaniya)
Ən yaxşı bədii film: Aphelium (Mikis Mazarakis, İsveç)
Ən yaxşı sənədli film: Naməlum yolda səyahət (Hagit Keysar, İsrail)
Ən yaxşı televiziya müəllif verlişi: Qürub nəğməsi (Emil Çumabayev, Qırğızıstan)
Ən yaxşı tələbə işi: Zil-Zal (Məhəmməd Bahadır Ər, Türkiyə)
Ən yaxşı klip: Mənim tanrım (Pünhan Həsənli, Azərbaycan)
Ən yaxşı reklam: Pivə Çexov (Mixail Abxazava, Gürcüstan)
Ən yaxşı cizgi filmi: Pis əlamət (Oksana Çernenko, Ukrayna)
Ən yaxşı video-art: Naməlum yerə qeyri-adilik gətirməməliyəm (Yonatan Vinitski, İngiltərə)
Ən yaxşı rejissor: Banka (Marina Qorbac, Ukrayna)
Ən yaxşı ssenarist: Ata (Kərim Əzimi, İran)
Ən yaxşı operator: Yaşananlar, Cücə musiqi klipləri (Elmir Süleymanov, Azərbaycan)
Ən yaxşı qrafik-dizayner: Reklam başlıqları (Elrəng, Azərbaycan)
Ən yaxşı prodüser: Əziz Culyet (Vendi Dent, Avstraliya)
FERA-nın xüsusi mükafatı: Qurumuş torpaq (Taras Tomenko, Ukrayna)
Peşəkar Kinorejissorlar Gildiyasının xüsusi mükafatı – əsərin orijinal həllinə görə: 76-108 (Viktor Hoffmann, Almaniya)
Peşəkar Kinorejissorlar Gildiyasının xüsusi mükafatı – rejissor işinə görə: Avropa həftəsi (Peter Vadoc, Macarıstan)
Media münsiflər heyətinin xüsusi mükafatı: Biganəlik dövrünün bir günü (Kəmalə Rzayeva, Azərbaycan)
Xəzər Universitetinin xüsusi mükafatı – ən yaxşı debütə görə: Mələk (Rumiyə Ağayeva, Azərbaycan)
“525-ci qəzet”in xüsusi mükafatı – jurnalist simpatiyası: Məni tanıyın şeirlərimdə (Günel Şakir, Azərbaycan)
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xüsusi mükafatı – debütə görə: Pillələr (Günel Nəcəfzadə, Azərbaycan)
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xüsusi mükafatı - rejissor işinə görə: Özgələr arasında doğma (Tahir Tahiroviç, Azərbaycan) / Uçan çinar (Murad Muradov, Azərbaycan)
Azərbayçan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xüsusi mükafatı - operator işinə görə: Biganəlik dövrünün bir günü (Rasim Nəbiyev, Azərbaycan)
Yeni Dalğa Prodüser Mərkəzinin xüsusi mükafatı – axtarışda olan rejissor: Yaş stol (Serqey Provorov, Qalina Mızkina, Rusiya)

 

 

VI Beynəlxalq Audiovizual Festival (2006)

Tarix: 31 oktyabr – 4 noyabr 2006
Festival 12 ölkədən 76 əsərin iştirakı ilə keçirilib.
Münsiflər heyəti: Şəfiqə Məmmədova (Azərbyacan), Arif Məhərrəmov (Azərbaycan), Nino Maqlekelidze (Gürcüstan), Cahangir Almazi (İran), Aleksandr Koval (Ukrayna), Janna Bertru (İsveçrə), Peet Peters (Estoniya).
Bu ildən etibarən festival çərçivəsində “Həvəskar Film Festivalı” keçirilib. Həvəskar Film Festivalı münsiflər heyətinin sədri: Yalçın Əfəndiyev.

Qaliblər:
Ən yaxşı audiovizual əsər: Çıxış (Nəsimi Məmmədoğlu, Azərbaycan)
Ən yaxşı bədii film: Duman atı (Məcid Fəthi, İran)
Ən yaxşı sənədli film: Liza (Taras Tomenko, Ukrayna)
Ən yaxşı televiziya müəllif verilişi: Oturub baxıram (Dmitri Myasnikov, Gürcüstan)
Ən yaxşı tələbə işi: ElektraZenSuite (Alessandro Bruçini, İtaliya)
Ən yaxşı klip: Əllər (Şota Kalandadze, Gürcüstan)
Ən yaxşı reklam: Narko (Fuad Əliyev, Anar Məlikli, Azərbaycan)
Ən yaxşı cizgi filmi: Lupe və Brun (Mars Rida, Anna Solanas, İspaniya)
Ən yaxşı video-art: Entropiya (Ozan Özdilek, Türkiyə)
Ən yaxşı rejissor: Onunla (Naqhi Neməti, İran)
Ən yaxşı ssenarist: Ağıl (Babək Minəqi, İran) 
Ən yaxşı operator: Vladimir İvanov (Ukrayna)
Ən yaxşı prodüser: 37 C (Tamara Sulamanidze, Gürcüstan) / Çalış, nəfəs alma (Aynur Mustafayeva, Azərbaycan)
Ən yaxşı qrafik-dizayner: Triptix (Tamilla İbrahimova, Azərbaycan)
Azərbaycan Kinorejissorlar Gildiyasının xüsusi mükafatı: İlk neftin parıltısı (Elməddin Alıyev, Azərbaycan) / Qloriya (Kristine Lanq, Almaniya) / Bağlanılmışlar (Diyeqo Sanridria, İspaniya)
Media münsiflər heyətinin xüsusi mükafatı: O.M.V.K. (Kristin Raup, Estoniya, sənədli) / Partlayış (Səid Abbas, İran, animasiya)
“525-ci qəzet”in xüsusi mükafatı: Anamdan olduğum gün (Faysal Soysal, Türkiyə, sənədli)
Xəzər Universitetinin xüsusi mükafatı: Bu həsrət (Elnaz Əbluc, Azərbaycan, klip)
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xüsusi mükafatı: Qəribə təsadüf (Nigar Əliyeva, Azərbaycan) / Qısa dalğa (Həsən Ciritoğlu, Türkiyə) / Yaşamaq istəyirəm (Nərgizə Mamatkulova, Qırğızıstan)
Milli Televiziya və Radio Şurasının xüsusi mükafatı: Düşüncə və Avtoşou (Rüfət Nəzərli, Azərbaycan, tv veriliş) / Tatarın arvadı olmaq (Tatyana Mixaylova, Rusiya)
Bakı şəhər İcra Hakimiyyəti Kino Xidmətinin xüsusi mükafatı: Ruhumun harayı (Murad Muradov, Azərbaycan)

 

 

VII Beynəlxalq Audiovizual Festival (2007)

Tarix: 20-24 noyabr 2007

Qaliblər:
Ən yaxşı audiovizual əsər  - qalib yoxdur
Ən yaxşı bədii film: Bilet, zəhmət olmasa (Lukas Fiquyera, İspaniya) / Nəfəs (Xəyyam Abdullayev, Elməddin Alıyev, Azərbaycan)
Ən yaxşı sənədli film: Musiqi dərsi (Andjey Mankovski, Polşa)
Ən yaxşı cizgi filmi: Toplu (Metafonava Qorlaç, Belarus)
Ən yaxşı televiziya müəllif verilişi: qalib yoxdur
Ən yaxşı klip: Sonsuz yol (Samir Kərimoğlu, Azərbaycan)
Ən yaxşı reklam: Bonus Trink doq (Ender Sevim, Türkiyə)
Ən yaxşı video-art: qalib yoxdur
Ən yaxşı tələbə işi: 128-dən 30 (Patrink Dörinq, Almaniya) / Sonuncu şüşə qabı (Lyudmila Savçenko, Ukrayna)
Ən yaxşı rejissor: Bunun kimi sadə (Kərim Əzimi, İran)
Ən yaxşı ssenarist: Mariyanı öpəndən əvvəl və sonra (Ramon Alos Sançes, İspaniya)
Ən yaxşı operator: qalib yoxdur
Ən yaxşı prodüser: Ev (Əli İsa Cabbarov, Aynur Mustafayeva, Azərbaycan)
Ən yaxşı kompüter qrafiki: Qartal və Qaçıcı kompüter qrafikası (Ramil Qəniyev, Azərbaycan)
Azərbaycan Kinorejissorlar Gildiyasının xüsusi mükafatı: Qrinviç meridianından kənarda (Yusif Quliyev) / Qobustana qayıdış (İlqar Safat) / Milli naxışlar - qrafika (Orman Əliyev)
Media münsiflər heyətinin xüsusi mükafatı: Ev (Asif Rüstəmov, Azərbaycan) / Əsatir (Q.Liklikadze, N.Nozadze, T.Ezuqbaya, Gürcüstan) / Rəqs edən donuz (Elsevər Səmədov, Azərbaycan, qrafika)
Xəzər Universitetinin xüsusi mükafatı: Kuklalar, adamlar... (Tahir Əliyev, Azərbaycan)
Festivalın Təşkilat Komitəsinin xüsusi mükafatı: Yeni Dalğa Prodüser Mərkəzi (Azərbaycan) / Gülaylar altın (Eylem Kazqan, Türkiyə) / 0:1 (Emin Əfəndiyev, Azərbaycan) / Hörümçək (Korrine Bot, Niderland) / Sənsiz həyat (Əli Süleymanov, Azərbaycan) / Əgər bu Plaza adam olsaydı (Diyeqo Andrade, Panuela Sans, Portuqaliya) / Çerubsun üsyanı (Heylika Vosu, Estoniya) / 304-ün sakinləri (Leonardo Kata Preta, Braziliya) / Günün dörd anı (Saso Niskas, Sloveniya)

 

 

 

   Beynəlxalq Audiovizual Festival