Dokubaku Beynəlxalq Sənədli Film Festivalı
Məkan: Bakı / Azərbaycan
Təsis tarixi: 2017
Təsisçi: İmam Həsənov
Direktor: İmam Həsənov
DokuBaku Beynəlxalq Sənədli Film Festivalı (BSFF) 2017-ci ilin oktyabr ayından etibarən hər il Bakıda keçirilən film festivalıdır. Azərbaycanın ilk sənədli film festivalı olan DokuBaku BSFF onlarla film nümayişindən və xarici kino peşəkarlarının iştirakı ilə ustad dərslərindən ibarət olur.
Festival bir qrup kino peşəkarı və həvəskarı tərəfindən könüllü əsaslarla təşkil olunmağa başlayıb. Festivalın ideyası və təsisçiləri azərbaycanlı rejissor İmam Həsənov (festivalın direktoru) və çexiyalı rejissor və prodüser Veronika Yanatkovaya (proqram tərtibçisi) aiddir.
Festivalın əsas məqsədi Azərbaycanda sənədli filmi özünüifadə və düşüncə vasitəsi kimi inkişaf etdirmək, bu janrda fəaliyyət göstərən yerli rejissorlara dəstək olmaq və ölkənin film səhnəsini beynəlxalq film icması ilə birləşdirməkdir.
I Dokubaku Beynəlxalq Sənədli Film Festivalı (2017)
Qaliblər:
Dəhliz – rejissor İqrar Qurban
Humble room ADO – rejissor Leyli Qafarova
Monikaya – rejissor Oktay Namazov
II Dokubaku Beynəlxalq Sənədli Film Festivalı (2017)
III Dokubaku Beynəlxalq Sənədli Film Festivalı (2018)
IV Dokubaku Beynəlxalq Sənədli Film Festivalı (2019)
Tarix: 2-6 oktyabr 2019
Festivala 32 ölkədən 181 film qəbul olunub. Filmlərin 43-ü tammetrajlı, 138-i qısametrajlıdır. Festivalda 38 filmin təqdimatı həyata keçirilib.
Qaliblər:
Ən yaxşı tammetrajlı sənədli film - Anamın yox oluşu (The disappearance of my mother) –Beniamino Baresse (İtaliya / ABŞ)
Ən yaxşı qısametrajlı sənədli film - Aralıqda (In between) - Samir Karahoda (Kosovo)
Ən yaxşı yerli film - Bir zamanlar Şanxayda (Once upon a time in Shangai) - Leyli Qafarova
Münsiflər heyətinin xüsusi rəyi - Salaamı xilas edin! (Save Salaam!) - Orxan Adıgözəlov
Tamaşaçı rəyi - Ümidin dadı - Laura Coppens
V Dokubaku Beynəlxalq Sənədli Film Festivalı (2021)
Festivalda 30 ölkədən 56 film nümayiş etdirilib.
Festivalın əsas mövzusu "Hisslər ±" olub.
Münsiflər heyəti: Vitali Manski, Kristian Feygelson
Qaliblər:
Ən yaxşı beynəlxalq qısametrajlı sənədli film - Fantastik - Maija Blafieldin (Finlandiya)
Ən yaxşı beynəlxalq qısametrajlı sənədli film - Münsiflər heyətinin xüsusi qiymətləndirməsi:
Unutmanın ritmi - Ginou Çueyr
Ən yaxşı yerli qısametrajlı sənədli film – Sonuncu - Fariz Əhmədov (Azərbaycan)
Ən yaxşı yerli qısametrajlı sənədli film - Münsiflər heyətinin xüsusi qiymətləndirməsi: Qəssabın qızı (Leylaxanım Qənbərli)
No Main Competition – Qonşuluqdan - Diogo Varela Silva (Portuqaliya)
No Main Competition - Münsiflər heyətinin xüsusi qiymətləndirməsi: Mənim karantin ayım - Veycia Man / Bağı əhliləşdirməsi - Salome Caşi / Yanında olacağam - Virciniya Vareykite, Maksimilyen Dejoin / 80.000 şnitzel - Hannah Şvayer
Xatirə mükafatları: Mirsadiq Ağazadə, Murad İbrahimbəyov, Xamis Muradov, Nizami Abbas, Əli İsa Cabbarov
"iCyborg"un xüsusi mükafatları: Vitali Manski, Vaqif Mustafayev, Çingiz Rəsulzadə (ölümündən sonra)
VI Dokubaku Beynəlxalq Sənədli Film Festivalı (2022)
Tarix: 21-25 sentyabr 2022
Festivalın mövzusu “Təkamülə qarşı inqilab”.
Festivalda 33 müxtəlif ölkədən 60-dan çox sənədli film nümayiş olunub. Proqramda sənədli film ustası Sergey Dvortsevoyun filmlərinin retrospektivi də yer alıb.
Münsiflər heyəti: Sergey Dvortsevoy, Reza Deqati, Kirstin Barfod
Xüsusi qonaq: Pavel Lozinski
Qaliblər:
Ən yaxşı beynəlxalq qısa film - Hey, Günəş - Marita Tevzadze, Ana Jeqnaradze (Gürcüstan)
Ən yaxşı yerli qısametrajlı film - 12/35 - Mətləb Muxtarov
Ən yaxşı yerli qısametrajlı film - Münsiflər heyətinin xüsusi mükafatı - Vulkan üzərində ev - Amil Amal
Xüsusi mükafatlar: Festival posteri - Rişi Çandna (Hindistan) / Uşaqsız - Sarah Bahramcahan (İran)
“No-Main” müsabiqəsində Ən yaxşı tammetrajlı sənədli film: Mən qəhrəman axtarıram - İlkin Yusif (Azərbaycan) / Min alov - Səid Taci Faruki (Fransa)
“No-Main” müsabiqəsində Ən yaxşı qısametrajlı sənədli film: Paça hekayələri - Mileyn Quiard-Şmid (Belçika)
Münsiflər heyətinin xüsusi mükafatı - Mamodi, sonuncu baobab qazıcısı - Siril Kornu (Fransa)
Ən yaxşı tammetrajlı sənədli film - Balkon - Pavel Lozinski (Polşa)
Münsiflər heyətinin xüsusi mükafatı - Meksika Tanrıları - Helmut Dosantos / Alis - Nikolas van Hemelrik, Kler Vayskopf
Xüsusi iCyborg mükafatları: Sergey Dvortsevoy, Pavel Lozinski, Reza Deqati, Ceyhun Mirzəyev (ölümündən sonra)
Xüsusi “iHuman” mükafatı: Ələkbər Hüseynov (ölümünüdən sonra)
Azərbaycan Kinematoqrafçılar İttifaqının ənənəvi mükafatı - Mən qəhrəman axtarıram - İlkin Yusif
VII Dokubaku Beynəlxalq Sənədli Film Festivalı (2023)
Qaliblər:
Ən yaxşı xarici qısametrajlı film: Piblokto - Anastasiya Şubina, Timofey Qlininin (Rusiya)
Ən yaxşı qısametrajlı Azərbaycan filmi: Hədis - Nəzrin Ağamalıyeva
“DokuDarvin” nominasiyasında Ən yaxşı qısametrajlı film: Sanatoriya melodiyaları - Leylaxanım Qənbərli
“DokuDarvin” nominasiyasında ən yaxşı xarici qısametrajlı film: Qızıl iplik - Nistha Jai (Hindistan)
Ən yaxşı tammetrajlı film: Mr. Qraversen - Maykl Qraversen (Danimarka)
No Main nominasiyasında Ən yaxşı film: Körpüdən sonra - Davide Rizzo, Marsia Toscana (İtaliya)
Münsiflər heyətinin xüsusi mükafatları: Vulkanın kənarında rəqs - Siril Aris (Livan) / Qış tətili yoxdur - Rajan Kathet, Sunir Pandeyin (Nepal)
Münsiflərin xüsusi mükafatı: Hasarların arxasında - Azad Əlizadə, Dog Doc - Dadaş Musayev, Sitarə İbrahimbəyli / Evdən səsləri eşidin - Səbinə Abubəkirova
Xüsusi “iCyborg” mükafatı: Rəhman Bədəlov, Toğrul Cuvarlı
VIII Dokubaku Beynəlxalq Sənədli Film Festivalı (2024)
Tarix: 2-8 oktyabr 2024
“iCosmos” mövzusuna həsr olunan festivalın proqramı üzrə 30-dan çox ölkədən 200-dən artıq əsər arasından seçilən 70-dən artıq film nümayiş etdirilib. Film nümayişləri ilə yanaşı, festivalda “f37Union” fotoqrafiya platforması ilə birlikdə “Dəyişən gerçəklik: səs-sədalar və xəyallar” adlı fotosərgi də keçirilib. Sərgidə yerli və beynəlxalq rəssamların əsərləri ilə şəxsiyyət, transformasiya və davamlılıq mövzuları üzrə fotolar nümayiş olunub.
Münsiflər heyəti: Polşalı rejissor Pavel Lozinski, tacik kinotənqidçisi Şarofat Arabova, serbiyalı prodüser və sənət tarixçisi Mara Peohaska Markoviç, rumıniyalı kinotənqidçi Alin Ludu Dumbrava, ssenarist, yazıçı Nərgiz Bağırzadə, rejissor, prodüser Seyran Mahmudoğlu, rejissor, prodüser, AKİ katibi Oleq Səfərəliyev, Tbilisi Müasir Rəqs Festivalının direktoru Tamuna Qurçiani, Rusiyalı rejissor, tarixçi, ssenarist Yevgeni Sımbal
Qaliblər:
Ən yaxşı qısametrajlı sənədli film: Elə o vaxtdan mən uçuram - Aylin Gökmen (İsveçrə)
Ən yaxşı qısametrajlı sənədli film - Münsiflər heyətinin xüsusi mükafatı: 4:30 - Vasili Ovçinnikov (Rusiya)
Ən yaxşı yerli qısametrajlı sənədli film - Birinci yer: Kaifunun çağırışı - Ağaəli Sədirli
Ən yaxşı yerli qısametrajlı sənədli film - İkinci yer: Fəsillər - Pərviz Həsənov
Ən yaxşı yerli qısametrajlı sənədli film - Münsiflər heyətinin xüsusi mükafatı: Tanrının xilas əli - Babək Abbaszadə
Ən yaxşı tammetrajlı sənədli film: Aqatanın üzləri - Malqorzata Kozera (Polşa)
Münsiflər heyətinin xüsusi mükafatı: Qar durnalarının anası - İris Harma / (Finlandiya) / Bir qərib axtarışı - Andrea Qatopulos / (İtaliya)
Müsabiqədənkənar sənədli filmlər kateqoriyası üzrə: Bu vəhşi pişiklər - Stiv Patri / (Kanada)
Kateqoriya üzrə “Xüsusi xatırlatma”: Alice On & Off - İzabela Tent (Rumıniya) / Missis Byüika - Yudjin Byüika (Rumıniya)
Müsabiqədənkənar ən yaxşı qısametrajlı sənədli film kateqoriyası üzrə: Sizi tanımaq - İoanna Krjevska (Polşa)
Kateqoriya üzrə “Xüsusi xatırlatma”: Estabana - Hektor Almeida (Kuba)
Tamaşaçıların seçimi kateqoriyası üzrə: Mən bu gün ölü oyanmadım - Erin Makferson (Belçika)
IX Dokubaku Beynəlxalq Sənədli Film Festivalı (2025)
Tarix: 13-19 oktyabr 2025
Bu il DokuBaku-ya dünyanın müxtəlif ölkələrindən 200-dən çox film təqdim edilib. Onlardan 57 film, o cümlədən 5 yerli sənədli film festival proqramına daxil edilib.
Münsiflər:
DOKUTAM - Ən Yaxşı Beynəlxalq Tammetrajlı Sənədli Film: Giuseppe Gariazzo İtaliya, Polina Herman Ukrayna, Tue Steen Müller Danimarka
DOKUBOX - Ən Yaxşı Debüt Sənədli Film: Oktay Namazov, Dinorath Ramírez González Meksika, Kamran Qasımov
DOKUECHO - Təbiət Haqqında Ən Yaxşı Sənədli Filmi: Ruslan Mollayev, Emin Əfəndiyev, Richard James Allen
DOKUKIDS - Uşaqlar üçün Ən Yaxşı Sənədli Film: Rúben Gomes, Aysel Əmirova, Nikolay Flotskiy
DOKUMUSE - Musiqi və Ritim haqqında Ən Yaxşı Sənədli Film: Katerina Tarbo-İqnatenko, Basilio Maritano Sailer, Cavad Tağızadə
DOKUSHORTS - Ən Yaxşı Beynəlxalq Qısa Sənədli Film: Əli-Sattar Quliyev, Kazuhiko Mizushina, Leyli Salayeva
Qaliblər:
DOKUTAM müsabiqəsi - Əsas mükafat – iMystic: Evin qapısını kim döyəcək? - Maja Novakoviç – Serbiya
DOKUTAM müsabiqəsi - Münsiflərin xüsusi qeydi: Evim - Seyran Mahmudoğlu – Azərbaycan / Atanın laylası – Lesia Diak – Ukrayna / İkiqat çətinlik – Emilia Sniegoska – Polşa
DOKUSHORTS müsabiqəsi - Əsas mükafat – iMystic: Üzüm mövsümü – Ebrahim Hesari – İran
DOKUSHORTS müsabiqəsi - Münsiflərin xüsusi qeydi: Ölməyə hazır – Basilio Maritano Sailer – Almaniya / Mətin – Sam Soleymani – İran
DOKUMUSE müsabiqəsi - Əsas mükafat – iMystic: Rəqsdən sonra – Sebastiao Varela – Portuqaliya
DOKUMUSE müsabiqəsi - Münsiflərin xüsusi qeydi: Maestro: İldırımlı yollarla – Hüseynağa Aslanov – Azərbaycan / Nəğmələr - Pablo Guarise – Belçika
DOKUECHO müsabiqəsi - Əsas mükafat – iMystic: Sürü gəzintisi – Ankit Pogula – Hindistan
DOKUECHO müsabiqəsi - Münsiflərin xüsusi qeydi: Praşa-Kriti – Araz Quliyev – Azərbaycan / Fırtınadan sonrakı süküt - Alina Rizvan – Pakistan / Yaşıl boz qara qəhvəyi - Yuyan Vang – Çin, Fransa, Koreya
DOKUKIDS müsabiqəsi - Əsas mükafat – iMystic: Altıbucaqlı pətək və labirintdəki siçan – Bartek Dziadosz, Tilda Swinton – Böyük Britaniya
DOKUKIDS müsabiqəsi - Münsiflərin xüsusi qeydi: Rəqs edən qız – Pərvanə Quliyeva – Azərbaycan / Bali – Amoli Birevar – Hindistan / Bağçaya, La La La – Kajetan Lukasz Pochylski – Polşa
DOKUBOX müsabiqəsi - Əsas mükafat – iMystic: Aşağı kölgələr – Ramin Xaliqi – İran
DOKUBOX müsabiqəsi - Münsiflərin xüsusi qeydi: Heç yerə miqrasiya – Nikolay Flotskiy – Norveç