Azərbaycan Kinotənqidçilər və Kinoşünaslar Gildiyasının Mükafatı
Azərbaycan Kinotənqidçilər və Kinoşünaslar Gildiyası 2025-ci ildə Azərbaycan kinotənqidçilərinin təşəbbüsü ilə yaradılıb. Gildiyanın məqsədləri yerli kinonun dünya festivallarında təbliğatını aparmaq, bu sahədə kadr hazırlıqlarının artmasıdır.
Gildiyanın ilk layihəsi Azərbaycan Kinotənqidçilər və Kinoşünaslar Gildiyasının Mükafatının təsis edilməsi və ilk mükafatların təqdim edilməsidir.
I Azərbaycan Kinotənqidçilər və Kinoşünaslar Gildiyasının Mükafatı (03.06.2025 / Bakı)
Ən yaxşı film: “Tənha insanın monoloqu”
Ən yaxşı qısametrajlı bədii film: “Lent”
Ən yaxşı qısametrajlı sənədli film: “Evsiz qalmış ay”
Ən yaxşı rejissor işi: “Tənha insanın monoloqu” – Emin Əfəndiyev
Ən yaxşı ssenari: “Qapı” filmi - Vüsal Əhmədzadə, Emin Əfəndiyev, Əlixan Rəcəbov
Ən yaxşı operator işi: “Səma ilə görüş” – Şahmar Səfəroğlu
Ən yaxşı rəssam işi: “Tağıyev. Neft” – Səbuhi Atababayev, Vüsal Rəhim
Ən yaxşı musiqi həlli: “İtən gündəlik” – Sədaqət Kərimova
Ən yaxşı aktyor: “Tənha insanın monoloqu” – Mahir Dərviş / “Qapı” - Nurlan Rüstəmov
Ən yaxşı aktrisa: “Apatiya” – Şəhla Əliqızı
Xüsusi mükafat: “Kinomexanikin qayıdışı” sənədli-bədii filmi “xüsusi mükafat” ilə təltif edilib.
