Animafilm Beynəlxalq Animasiya Festivalı


Təsis tarixi: 2018
Məkan: Azərbaycan
Festivalın təsisçisi: PERİ FİLM
Festivalın təşkilatçıları: Azərbaycan Animasiya Assosiasiyası, PERİ FİLM
Festivalın direktoru: Rəşid Ağamalıyev

Animafilm Beynəlxalq Animasiya Festivalı (Animafilm International Animation Festival) Azərbaycanın ilk beynəlxalq animasiya festivalıdır.

Animafilm Beynəlxalq Animasiya Festivalı 2024-cü ildə “Qısametrajlı Britaniya animasiya filmi” kateqoriyasında BAFTA Festivallar siyahısına daxil edilib. BAFTA seçim hüququ Böyük Britaniya istehsalı və ya Böyük Britaniya ilə birgə istehsal olunmuş animasiya filmlərinə şamil olunur.

Regionlarda animasiya kinosu və sənayesinin inkişafının təşviqi məqsədi ilə keçirilən regional animasiya festivalları artıq ənənəyə çevrilib. 2021-ci ildə “ANİMAFİLM Şəkidə”, 2023-cü ildə “ANİMAFİLM Naxçıvanda”, 2024-cü ildə “ANİMAFİLM Lənkəranda”, 2025-ci ildə isə “ANİMAFİLM Gəncədə” festivalları keçirilib.

 

 

I Animafilm Beynəlxalq Animasiya Festivalı (I Bakı Beynəlxalq Animasiya Festivalı, 2018)

Tarix: 19-21 oktyabr 2018
Festivalın mövzusu Azərbaycan animasiyası olub. Festivalda müsabiqədənkənar proqramda Azərbaycan filmlərinə iki baxış təşkil olunub, festivalın plakatı isə Azərbaycan rəssamı Vüqar Muradova məxsusdur. Festival çərçivəsində "ReAnimasiya" adlı sərgi təşkil olunub, “Azərbaycan animasiyası” kitabının təqdimatı keçirilib, Azərbaycan, Gürcüstan və Rusiyanın retrospektiv filmləri nümayiş etdirilib, uşaqlar üçün animasiya ustad dərsləri və kukla tamaşası göstərilib.
İki beynəlxalq və bir yerli müsabiqəyə 63 ölkədən 480 film, 15 ssenari təqdim edilib, müsabiqə proqramı üçün 20 film və 5 ssenari seçilib.
23 mart 2019-ci il tarixində Çexiyanın Praqa şəhərində 1-ci Animafilm Beynəlxalq Festivalının əks-sədası tədbiri təşkil olunub.

Beynəlxalq münsiflər heyəti:
Filmlər üzrə: Elçin Hami Axundov (Azərbaycan), Cahangir Süleymanov (Rusiya), Ketevan Janelidze (Gürcüstan), Məhəmməd Qazala (Misir), Andrey Xovanets (Slovakiya)
Ssenarilər üzrə: Yefim Abramov (İsrail), Sevinc Əzimova (Azərbaycan), Leyla Novruzi (İran), Aygün Aslanova (Azərbaycan), Kəmalə Rövşən (Azərbaycan)

Qaliblər:
Ən yaxşı qısametrajlı animasiya filmi - Late afternoon (Günortadan sonra) - rejissor Louise Bagnall (İrlandiya)
Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi – Aramsızlıq (Continuity) - rejissor Samir Salahov (Azərbaycan)
Ən yaxşı orijinal ssenari - The Nakhkesh (Süzülən insan) - müəllif Zeynab Ghorbani Faryad (İran)
“Azərbaycan animasiyasına verdiyi töhfəyə görə” Qızıl qayıq mükafatı - Məsud Pənahi (Azərbaycan)

 

 

II Animafilm Beynəlxalq Animasiya Festivalı (II Bakı Beynəlxalq Animasiya Festivalı, 2019)

Tarix: 18–20 oktyabr 2019
Festivalın mövzusu Çexiya animasiyası olub. Festivalın müsabiqə proqramına 50 ölkədən 268-dən çox müraciət daxil olub, 24 ölkədən 54 film və ssenari seçilib. Festivalda müsabiqədənkənar proqramda Çexiya filmlərinə baxış təşkil olunub, festivalın plakatını da çexiyalı animator Filip Poşivaç hazırlayıb.
Festivalda Azərbaycan animasiyasının 50 illiyinə həsr olunmuş konfrans keçirilib, animasiya vorkşopları təşkil olunub. Festivalda ilk dəfə Uşaq münsiflər heyəti yaradılıb. 
Festivalın sonunda iştirakçılar ölkə prezidenti İlham Əliyevin adına milli animasiyanın acınacaqlı durumu, onun diqqət və qayğıya ehtiyacı olduğu barədə açıq məktub imzalayıblar.

Beynəlxalq münsiflər heyəti:
Animasiya filmləri üzrə: Məsud Pənahi (Almaniya). Cahangir Süleymanov (Rusiya), Samir Salahov (Azərbaycan), Miroslava Yaniçatova (Çexiya), Afət İlhamqızı (Azərbaycan)
Ssenarilər üzrə: Ramiz Fətəliyev (Azərbaycan), Zeynəb Qurbani Fəryad (İran), İntiqam Qasımzadə (Azərbaycan), Gülşən Tofiqqızı (Azərbaycan)
Uşaq münsiflər heyəti: Aydan Kərimli (Azərbaycan), Beril Karaoğlu (Türkiyə), Fatimə Allahverdiyeva (Azərbaycan), Nilufər Əzimzadə (Azərbaycan), Zərif Qasımova (Azərbaycan)

Qaliblər:
Ən yaxşı qısametrajlı animasiya filmi - Qız (Daughter) - rejissor Daria Kashcheeva (Çexiya)
Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi – Papito - rejissorlar Sarika Persaud, Kenneth Rosen (ABŞ)
Ən yaxşı orijinal ssenari - Nəfəs (Blowing) - müəlliflər Mohammad Zare, Raana Vaezi (İran)
Tamaşaçı rəğbəti mükafatı - Anam ağaca çıxıb (1986) - rejissor Firəngiz Qurbanova (Azərbaycan)
“Azərbaycan animasiyasına verdiyi töhfəyə görə” Qızıl qayıq mükafatı - Elçin Hami Axundov, Firəngiz Qurbanova (Azərbaycan)

 

 

III Animafilm Beynəlxalq Animasiya Festivalı (2020)

Tarixlər: 14–18 oktyabr 2020
Festivalın mövzusu “Azərbaycan uşaqları” olub. Əsas məqsəd müharibə dövründə uşaqlara və gənclərə dəstək olmaq və maarifləndirmək olub. Festivalda 31 uşaqdan ibarət uşaq münsiflər heyəti formalaşdırılıb. Festival çərçivəsində 3 teatr vörkşopu, iki günlük kukla animasiyası üzrə master-klasları və animasiya filmlərinin offlayn və onlayn nümayişləri olub. Festivalın plakatını Azərbaycan rəssamı Nəzrin Ağamalıyeva hazırlayıb.

Beynəlxalq münsiflər heyəti: 
Animasiya filmləri üzrə: Nancy Danney-Phelps (Belçika), Olivier Catherin (Fransa), Daria Kashcheeva (Çexiya), Zurab Diasamidze (Gürcüstan), Şamil Nəcəfzadə (Azərbaycan)
Ssenari üzrə: Aaron Wood (İngiltərə), Mohammed Zare (İran), Rana Vaezi (İran), Alena Polikowska (Rusiya), Oleq Səfərəliyev (Azərbaycan)

Qaliblər:
Ən yaxşı tammetrajlı animasiya filmi – GRAND PRIX - Burun və ya Maveriklərin sui-qəsdi - rejissor Andrey Khrzhanovsky (Rusiya)
Ən yaxşı qısametrajlı animasiya filmi – GRAND PRIX – Sororal (Bacılıq) - rejissorlar Frédéric Even, Louise Mercadier (Fransa)
Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya film - Tülkü və Tomten - rejissorlar Yaprak Morali, Are Austnes (Norveç)
Uşaqlar tərəfindən çəkilmiş ən yaxşı animasiya filmi - Müqəddəs Savanın taxtı - rejissor Jakov Popov (Serbiya)
Ən yaxşı qısametrajlı eksperimental və ya abstrakt animasiya filmi - Misketlər - rejissor Natalia Spychala (Polşa)
Ən yaxşı qısametrajlı tələbə animasiya filmi - Tozlu dəniz - rejissor Héloïse Ferlay (Fransa) / Boşluqlar - rejissor Nora Štrbová (Çexiya)
Ən yaxşı televiziya və ya internet animasiya serialı - Fərqli canavar - rejissor Ira Elshansky (Rusiya)
Ən yaxşı musiqili animasiya videosu - Tənbəl əjdaha - rejissorlar Fokion Xenos, Joan Zhonga (Yunanistan)
Ən yaxşı Azərbaycan qısametrajlı animasiya film – Quzğun - rejissor Fidan Axundova (Azərbaycan)
Ən yaxşı Azərbaycan tələbə qısametrajlı animasiya filmi - Qar kürəsi - rejissor Sevinc Quliyeva (Azərbaycan) / İlan və kəndli - rejissor Ayaz Xalıqov (Azərbaycan)
Ən yaxşı orijinal ssenari - Gəmi üçün körpülər - rejissor Robertas Nevecka (Litva)
Qısa animasiya filmi üçün ən yaxşı Azərbaycan ssenarisi - Rəngsiz - rejissor Şəbnəm Həsənəlizadə (Azərbaycan)
Ssenari üzrə beynəlxalq münsiflər heyətinin xüsusi seçimi – İp - rejissor Orxan Behbid (Azərbaycan)
“Azərbaycan animasiyasına verdiyi töhfəyə görə” Qızıl Qayıq mükafatı - Hafiz Əkbərov

 

 

IV Animafilm Beynəlxalq Animasiya Festivalı (2021)

Tarix: 3-7 sentyabr 2021
Festivalda 40 ölkədən 200-ə yaxın animasiya filmi nümayiş etdirilib. Festivalın mövzusu “Əlillik” olub. Məsud Pənahinin ustad dərsi, Olivier Catherinin kino və animasiya prodüserləri üçün master-klası və Nik Phelps və Nancy Denney-Phelps-in aparıcılığı ilə bəstəkar və səs rejissorları üçün seminar baş tutub. Ənənəvi olaraq uşaq münsiflər heyəti fəaliyyətdə idi.
23-25 noyabr tarixlərində Şəkidə festivalın əks-sədası tədbiri keçirilib. “Animafilm Şəkidə” tədbirində üç gün animasiya filmləri təqdim edilib.

Beynəlxalq münsiflər heyəti: Məsud Pənahi (Azərbaycan), Olivier Catherin (Fransa), Nancy Denney-Phelps və Nik Phelps (Belçika), Mariam Kandelaki (Gürcüstan), İradə Bağırzadə (Azərbaycan), Piotr Kardas (Polşa), Mehdi Khorushy və Maryam Rouhbakhsh (İran)

Qaliblər:
Ən yaxşı tammetrajlı animasiya filmi – GRAND PRIX - Cəngavər və Şahzadə - rejissorlar Bashir Eldik, Ibrahim Musa (Səudiyyə Ərəbistanı, Misir)
Ən yaxşı qısametrajlı animasiya filmi – GRAND PRIX - Mətbəx ölçüyə görə - rejissorlar Sólrún Ylfa Ingimarsdóttir, Atli Arnarsson (İslandiya)
Ən yaxşı orijinal ssenari – GRAND PRIX - Qəribə cadugərlər və payız - rejissor Lana Ra (Ukrayna)
Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi – Emsahar - rejissor Hassan Al-Jahni (Qətər)
Uşaqlar tərəfindən çəkilmiş ən yaxşı animasiya filmi - Bədheybət - rejissor Koosha Yusefi (İran)
Ən yaxşı qısametrajlı eksperimental və ya abstrakt animasiya filmi - Bahar ritualları - rejissor Yiorgos Tsangaris (Kipr)
Ən yaxşı qısametrajlı tələbə animasiya filmi - Xoşbəxtliyə sarı üç sıçrayış - rejissor Artur Hanaj (Polşa)
Ən yaxşı televiziya animasiya serialı - Mitch-Match - rejissor Géza M. Tóth (Macarıstan)
Ən yaxşı musiqili animasiya videosu – Agapito - rejissorlar Rafael Vidal Altabert, Julián Gómez Caballero (İspaniya)
Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi – Araqçın - rejissor Firəngiz Qurbanova (Azərbaycan)
Qısa animasiya filmi üçün ən yaxşı Azərbaycan ssenarisi - Balaca qırmızı şar - Günel Eminli (Azərbaycan)
Münsiflər heyətinin sədri Nancy Denney-Phelpsin xüsusi seçimi mükafatı - Sürüşdürmə - rejissor Arafat Mazhar (Pakistan)
Münsiflər heyətinin üzvü Nik Phelpsin xüsusi seçimi mükafatı - Navozande, musiqiçi - rejissor Reza Riahi (Fransa)
Münsiflər heyətinin üzvü Məsud Pənahinin xüsusi seçimi mükafatı – İnilti - rejissor Ruslan Kərimov (Azərbaycan)
Münsiflər heyətinin üzvü Olivier Catherinin xüsusi seçimi mükafatı - Qırmızı qələm - rejissor Raffaele Gabrielli (İngiltərə)
Münsiflər heyətinin üzvü Piotr Kardasın xüsusi seçimi mükafatı – Bacılar - rejissor Andrea Szelesová (Çex Respublikası)
Münsiflər heyətinin üzvü Maryam Kandelakinin xüsusi seçimi mükafatı - Burada heç nə yoxdur - rejissor Kaiyun Yang (Tayvan)
Münsiflər heyətinin üzvü Mehdi Khorushynin və Maryam Rouhbakhshin xüsusi seçimi mükafatı – Tio - rejissor Juan Medina (Meksika)
“ANİMAFİLM Şəkidə” əks-səda tədbirinin qalibləri:
Ən yaxşı Azərbaycan qısametrajlı animasiya film - Tıq-tıqla möcüzələr axtarışında 2. Qobustan - rejissor Sultan Abbasbəyli (Azərbaycan)
Uşaqlar üçün ən yaxşı animasiya filmi – Şappıltı - rejissor Andra Fembriarto (İndoneziya) / Tacet - rejissor Zachary Simon (ABŞ)
Böyüklər üçün ən yaxşı animasiya filmi - Navozande, musiqiçi - rejissor Reza Riahi (Fransa)
Ən yaxşı televiziya animasiya serialı - Göbələklər - rejissor Joeri Christiaen (Belçika, Fransa)

 

 

V Animafilm Beynəlxalq Animasiya Festivalı (2022)

Tarix: 7-11 sentyabr 2022
Festivalın mövzusu “İqlim dəyişikliyi” olub. Festivalın devizi “Bir bilet = bir ağac” olub. Bilet satışlarından əldə olunan bütün vəsaitin işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpası üçün Qarabağ Dirçəliş Fonduna ianə ediləcəyi elan edilib. Bilet satışlarından əldə olunan vəsait və əkiləcək ağacların sayı: 4119 AZN = 412 ağac.
Festivalda beş gün ərzində 121 müxtəlif animasiya filmləri nümayiş etdirildi. 
Festivalda müxtəlif vörkşoplar, o cümlədən Jonathan Laskarın ustad dərsi, Nitya Ramloganın “Stop motion”, Tilly Wallace və Nəzrin Ağamalıyevanın “Şüşə üzərində animasiya” vörkşopu, Daniel Bird, Elçin Hami Axundov və Məsud Pənahinin birgə keçirdiyi animasiya restavrasiyası haqqında “Animasiya refreyminqi: rəqəmsal texnologiyalar əsrində hərəkətli təsvirin qorunması və bərpası” konfransı və festivalda ilk dəfə virtual sərgi baş tutub.
Festivalın peşəkarlar üçün proqramı çərçivəsində “Making-of” tədbirində istehsal mərhələsində olan 5 yerli animasiya filminin təqdimatı həyata keçirilib.

Beynəlxalq münsiflər heyətinin tərkibi: Jonathan Laskar (İsveçrə), Tilly Wallace (Böyük Britaniya), Markus Øvre (Böyük Britaniya), Nodar Beqiaşvili (Gürcüstan), Jorn Leeuwerink (Niderland), Daniel Bird (Böyük Britaniya)

Qaliblər:
Ən yaxşı qısametrajlı animasiya filmi – GRAND PRIX – A Story for 2 Trumpets (2 trubka üçün hekayə) - rejissor Amandine Meyer (Fransa_
Ən yaxşı qısametrajlı animasiya filmi – Xüsusi seçim mükafatı – Of wood (Ağacdan) - rejissor Owen Klatte (ABŞ)
Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi – Franzy’s Soup-Kitchen (Franzy-nin şorba mətbəxi) - rejissor Ana Chubinidze (Gürcüstan, Fransa)
Ən yaxşı televiziya animasiya serialı – Grizzy and the Lemmings World Tour – The Legend of the Lemmings (Grizzy və lemminqlərin dünya turu – Lemminqlər haqqında əfsanə) - rejissor Cedric Lachenaud (Fransa)
Ən yaxşı qısametrajlı eksperimental və ya abstrakt animasiya filmi – Us (Bizi) - rejissor Nelson Fernandes (Portuqaliya)
Ən yaxşı musiqili animasiya videosu – Transparent Black and Iron Rich Red (Şəffaf qara və dəmirlə zəngin qırmızı) - rejissorlar Mario Kreill Cirillo, Isabel Emily Wiegand (İtaliya)
Ən yaxşı tələbə animasiya filmi – A Dog under Bridge (Körpünün altında bir it) - rejissor Tang Rehoo (Çin)
Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi – Ağ qorxu - rejissor Ülviyyə Məmmədova (Azərbaycan)
Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi – Xüsusi seçim mükafatı – Bir damla - rejissor Kövsər Qurban (Azərbaycan)
Tamaşaçı seçimi müsabiqəsinin qalibi - Franzy’s Soup-Kitchen (Franzy-nin şorba mətbəxi) -  rejissor Ana Chubinidze (Gürcüstan, Fransa)

 

 

VI Animafilm Beynəlxalq Animasiya Festivalı (2023)

Tarix: 06-10 sentyabr 2023
Festivalın mövzusu “Qadın haqları” olub. Bilet satışlarından əldə olunan gəlir gənc qadın rejissorlara ianə edilib. 
Festivalda 64 animasiya filmi nümayiş etdirilib.
“Oscar” mükafatlı rejissor Michaël Dudok de Wit-in, “Netflix” və “Apple TV” kimi şirkətlərlə çalışan kanadalı animator Matthew Lyon-un, “Hədis” filminin yaradıcı heyətinin və (uşaqlar üçün) gürcüstanlı rejissor Ana Chubinidze və hindistanlı Tehzeeb Khurana-nın vörkşopları baş tutub.
Animasiya peşəkarları üçün proqram çərçivəsində İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin dəstəyilə həyata keçirilən “Animasiya filmləri vasitəsilə qadın haqları” adlı vörkşop və maliyyə proqramı layihəsinə seçilmiş 5 qadın müəllif üçün avropalı mentorlar — isveçrəli rejissor İsabelle Favez, fransalı prodüser Olivier Catherin ilə təlimlər və individual görüşlər keçirilib. Seçilmiş animasiya layihələri “ANIMAFILM School: Pitçinq müsabiqəsi”ndə ictimaiyyətə təqdim olunub və proqram jüriləri tərəfindən dəyərləndirilib. Bilet satışlarından əldə olunan gəlir məhz bu proqramın qaliblərinə dəstək məqsədilə ianə edilib.
Festival gedişində “Azərbaycan milli animasiya sənayesi üçün kommersiyalaşdırılma və ixrac imkanları perspektivləri” mövzusunda dəyirmi masa təşkil olunub.

Beynəlxalq münsiflər heyəti: Isabelle Favez (İsveçrə), İsmayıl İman (Azərbaycan), Ana Chubinidze (Gürcüstan), Oktai İusibov (Azərbaycan, Finlandiya), Olivier Catherin (Fransa), Tehzeeb Khurana (Hindistan)

Beynəlxalq müsabiqələrin qalibləri:
Ən yaxşı qısametrajlı animasiya filmi – GRAND PRIX – (mükafat 1000 ABŞ dolları) – The end of war (Müharibənin sonu) - rejissor Lei Chen (Çin)
Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi – (mükafat 500 ABŞ dolları) – Everywhere (Hər bir yerdə) - rejissor Step Cheung, Kai Chung Ng (Çin)

Yerli müsabiqənin qalibləri:
Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi – (mükafat 500 ABŞ dolları) – Baharın oğurlanması (Stolen Spring) - rejissor Aleksandra Şirinova (Azərbaycan)
Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi - (Annecy festivalına səfər mükafatı) – The Half – Birdən ölsək (The Half – If we die) - rejissor Rəvan Muradov (Azərbaycan)
Ən yaxşı Azərbaycan tələbə qısametrajlı animasiya filmi – (mükafat 300 ABŞ dolları) – Boş yerlər (Empty spaces) - rejissor Ayan Novruzlu (Azərbaycan, Böyük Britaniya)

Tamaşaçı seçimi müsabiqəsinin qalibi:
Ən yaxşı Azərbaycan tələbə qısametrajlı animasiya filmi – Boş yerlər (Empty spaces) - rejissor Ayan Novruzlu (Azərbaycan, Böyük Britaniya)

“Animasiya filmləri vasitəsilə qadın haqları” inkişaf vörkşopu və maliyyə proqramının qalibləri:
1-ci yer: Züleyxa Seyidməmmədova (Zuleykha Seyidmammadova) - rejissor Mehriban Əliyeva (Azərbaycan)
2-ci yer: Üzük (Ring) - rejissor Leyla Novruzova (Azərbaycan)

 

 

VII Animafilm Beynəlxalq Animasiya Festivalı (2024)

Tarix: 2-6 oktyabr 2024
Festivalın əsas mövzusu “Sevgi” olub. Festivalda 1000-dən çox tamaşaçı 26 ölkədən 100-dən çox filmi izləyib. Festival 3 əsas proqramdan – Müsabiqə, Müsabiqədənkənar və Peşəkarlar üçün proqramlardan ibarət olub. Seçim komissiyasının qərarı ilə müsabiqə proqramına 18 ölkədən 48 film seçilib. Onlardan 12 film yerli, 36 film isə beynəlxalq kateqoriyalarda yarışıb. Filmlər həm beynəlxalq münsiflər heyəti, həm də tamaşaçılar tərəfindən qiymətləndirilib və qaliblər “SEVGİ” mükafatı ilə təltif olunublar.
Müsabiqədənkənar proqramda tamaşaçılar “Dünya ölkələrindən sevgilərlə” proqramı çərçivəsində Çexiya, Portuqaliya, Yunanıstan, Gürcüstan kimi ölkələrin animasiya əsərlərini, həmçinin Türk Animasiya Assosiasiyası (ATA) ilə əməkdaşlıq çərçivəsində təqdim olunmuş “ATA: Türk dünyasından seçilmiş animasiya filmləri” kolleksiyasını izləyiblər. Tamaşaçılara Azərbaycanda ilk dəfə məşhur Avropa müəlliflərinin əsərləri əsasında çəkilmiş animasiya qorxu antologiyası silsiləsindən olan “Qırmızı dəmir yolu” serialı təqdim olunub. Bundan əlavə, müasir klassikaya çevrilən “Şrek”, “Misilsiz cənab Foks”, “Paprika”, “İtlərə və italyanlara giriş qadağandır”, “Linda toyuq istəyir!” tammetrajlı filmləri nümayiş olunub. 
Peşəkarlar üçün proqram zamanı məşhur özbək rejissoru Dante Rustavın, “Lakeside Animation” kreativ direktoru, “Netflix”, “Apple TV”-nin kanadalı animatoru Matthew Lyonun, rəngarəng üslubu ilə seçilən peşəkar illüstrasiyaçı Leyla Əlinin, İngiltərədə yaşayan “Stop motion” rejissoru Ayan Novruzun ustad dərsləri keçirilib. “ANİMAFİLM School: Birgə istehsal” və “ANİMAFİLM School: Making of” tədbirləri baş tutub.

Beynəlxalq münsiflər heyəti:
Aaron Wood (Böyük Britaniya krallığı), Aneta Ozorek (Niderland və Polşa), Dante Rustav (Özbəkistan), Leyla Əli (Niderland və Azərbaycan), Martin Vandas (Çex Respublikası), Matthew Lyon (Kanada), Susana M. António (Portuqaliya), Vassilis C. Karamitsanis (Yunanıstan).

Qaliblər:
Ən yaxşı qısametrajlı animasiya filmi – GRAND PRIX: Pear garden (Armud bağı) - rejissor Shadab Shayegan (Almaniya)
Ən yaxşı qısametrajlı animasiya filmi – GRAND PRIX - Xüsusi mükafat: The family portrait (Ailə portreti) - rejissor Lea Vidakovic (Xorvatiya)
Ən yaxşı qısametrajlı uşaq animasiya filmi: The night tunnel (Gecə tuneli) - rejissor Annechien Strouven (Belçika)
Ən yaxşı qısametrajlı uşaq animasiya filmi - Xüsusi mükafat: Baking with Boris” (Boris ilə çörək bişirmək) - rejissor Maša Avramović (Fransa)
“Tamaşaçı rəğbəti” mükafatı: İnanna - rejissor Rüstəm Bəşirov (Azərbaycan)
Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi (Annecy-yə səyahət Mükafatı): Çox düşünərkən - rejissor Zəhraxanım Quluzadə (Azərbaycan)
Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi - Xüsusi mükafat: Chasing time (Zamanın arxasınca) - rejissorlar Ayla Qasımova, Si Yi Lee (Azərbaycan, ABŞ)
Azərbaycan Animasiya Assosiasiyasının Xüsusi mükafatı: (Ən yaxşı qısametrajlı animasiya filmi): Wild animal (Vəhşi heyvan) - rejissor Tianyun Lyu (Çin)
Azərbaycan Animasiya Assosiasiyasının Xüsusi mükafatı: (Ən yaxşı qısametrajlı uşaq animasiya filmi): Puddle (Gölməçə) - rejissorlar Maria-May Backhaus Brown, Mads Theodor Bonde (Danimarka)

 

 

VIII Ani̇mafi̇lm Beynəlxalq Animasiya Festivalı

Tarix: 3-7 sentyabr 2025
Festivalının mövzusu “pişiklər” olub. Festivalda 1000-dən çox tamaşaçı 25 ölkədən 60-dan çox filmi izləyib. Festivalda bilet satışlarından əldə olunan vəsaitin bir hissəsi pişiklərin rifahı ilə bağlı yerli təşəbbüslərə ianə edilib. Festival 4 proqramdan – Müsabiqə, Müsabiqədənkənar,  Müşahidəçi və Peşəkarlar üçün proqramlardan ibarət olub. Festivalın müsabiqə proqramına 4 beynəlxalq və 1 yerli kateqoriya üzrə 62 ölkədən 317 film daxil olub. 7 nəfərdən ibarət seçim komissiyası bütün filmləri dəyərləndirərək 20 ölkədən 39 filmin müsabiqədə iştirak etməsini məqbul sayıb. Onlardan 10 film yerli, 29 film isə beynəlxalq kateqoriyalarda yarışıb. Filmlər həm 5 nəfərdən ibarət beynəlxalq münsiflər heyəti, həm də tamaşaçılar tərəfindən qiymətləndirilib və qaliblər festivalın təntənəli bağlanış mərasimində mükafatlandırılıb.
Müsabiqədənkənar proqramda “2025 OSCAR seçmələri” animasiya toplusu, “Akira” (1988) tammetrajlı animasiya filmi, “Skwigly x ANIMAFILM: All About Cats” animasiya toplusu, “Narqız” (2024) qısametrajlı animasiya filmi və “Nine Senses Animasiya Studiyasının” filmləri (“Harri Potter və Naynsensesburq”, “Zombi”) və uşaqlar tərəfindən çəkilən animasiya filmləri (“Ağ və Qara”, “Buzların gözyaşları”)  nümayiş olunub.
Peşəkar proqramı çərçivəsində 1-ci ANİMAFİLM Pitçinq Müsabiqəsi baş tutub. Yarışmanın məqsədi Azərbaycanın animasiya layihələrini inkişaf, pre-prodakşn və ya prodakşn mərhələlərində dəstəkləməkdir. Peşəkar proqramında həmçinin bir sıra ustad dərsləri və yaradıcı görüşlər keçirilib – “Ayan Novruz ilə stop-motion ustad dərsi”, “Mehriban Əliyeva ilə flip-book ustad dərsi”, “Ken Sheykh-ın Animasiya filmi qəhrəmanına çevril!”, “Afrika animasiyasının 90 illiyi haqqında Mohamed Ghazala-nın mühazirəsi”, “Making of: Bum-Bum” və “Matthew Lyon ilə animasiya üçün hekayə yarat ustad dərsi”.
Müşahidəci proqramı çərçivəsində festivalda ilk dəfə olaraq “Game Showcase” Azərbaycan kompüter oyunlarının təqdimatı keçirilib. Proqram Dynamic Box oyun studiyası tərəfindən tərtib edilib, qonaqlar iki yerli oyunla tanış olublar: “Madness Afloat” (Dynamic Box) və “Greedshot” (Massive Paradox). Müşahidəçi proqram çərçivəsində həmçinin müxtəlif kafelərdə film müəllifləri ilə səhər yeməkləri təşkil olunub, “Skwigly Kviz” interaktiv oyun və partilər keçirilib.

Beynəlxalq münsiflər heyəti: Aaron Wood (İngiltərə), Muhamed Ghazala (Misir), Anastasiya Verlinska (Ukrayna), Ülviyyə Axundova, Fərid Rəsulov (Azərbaycan)

1-ci ANİMAFİLM Pitçinq müsabiqəsinin münsifləri: Şahin Əliyev, Nəzrin Ağamalıyeva, Aydan Kazımova

Qaliblər:
Ən yaxşı qısametrajlı animasiya filmi – GRAND PRIX: Televizor və ya Forest Hill yolundaki hadisə (TV oder Die Ruhestörung an der Waldbergstrasse) - Frederic Siegel (İsveçrə)
Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi: Həmişəyaşıl (Forevergreen) - Nathan Engelhardt, Jeremy Spears (ABŞ)
Pişiklər haqqında ən yaxşı qısametrajlı animasiya filmi: Axirətə doğru gəzinti (A walk into the afterlife) - Jiyun Jeong (Lüksemburq)
Ən yaxşı qısametrajlı tələbə animasiya filmi: Fəvvarə (Fountain) - Hazhir As’adi (İran)
Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi - Mədəniyyət Nazirliyinin və ARKA-nın Annecy Festivalına səyahət mükafatı: Soyuz: Graviton - Emil Şiran
Münsiflərin Xüsusi Mükafatı: 9 milyon rəng (9 milionů barev) - Bára Anna (Çex Respublikası, Almaniya, Norveç)
Münsiflərin Xüsusi Mükafatı: Ah! Anacan… (Oh! Mother, Mother…) - Khatuna Tatuashvili (Gürcüstan)
Tamaşaçı Rəyi mükafatı: Ah! Anacan… (Oh! Mother, Mother…) - Khatuna Tatuashvili (Gürcüstan)
1-ci ANİMAFİLM Pitçinq müsabiqəsinin qalibi - Mədəniyyət Nazirliyinin və ARKA-nın Annecy Festivalına səyahət mükafatı - Dynamic Box Studiyasının Mükafatı (500 AZN): Komble (TV serialı) - Mehriban Əliyeva, Petre Tomadze
1-ci ANİMAFİLM Pitçinq müsabiqəsinin qalibi - ANİMAFİLM Studiyasının Mükafatı (500 AZN): Xizək (qısametraflı film) - rejissor Polina Knyazeva, prodüser Firəngiz Bağırova

 

 

   Animafilm Beynəlxalq Animasiya Festivalı