Abşeron. Alovla külək arasındakı gözəllik (2018)
Film Azərbaycanda ən gənc milli parkı – Abşeron Milli Parkı haqqındadır. 2005-ci ildə yaradılmış bu park Bakının 60 kilometrliyində yerləşir. Ərazisi böyük olmasa da, parkın özünəməxsus xüsusiyyətləri var. Belə ki, buranın zəngin canlı aləmi bir yarımadada cəmləşir. Habelə ərazinin paytaxta yaxın olması buraya gediş-gəlişi asanlaşdırır. Parkın digər xüsusiyyəti isə Xəzər dənizinə yaxın olmasıdır. Filmdə bəstəkar Telman Hacıyevin “Abşeron” mahnısı səsləndirilib. Film IDEA İctimai Birliyinin “Azərbaycanın 9 möcüzəsi” adlı layihəsi çərçivəsində reallaşdırılan beşinci filmdir: “Şirvan Milli Parkı” (2014), “Quşlar cənnəti – Ağgöl Milli Parkı” (2015), “Göygöl Milli Parkı” (2015), “Azərbaycan. Ceyranların xilası” (2017), “Abşeron. Alovla külək arasındakı gözəllik” (2018).
İstehsalçı ölkə:
Müddət:
Yaş həddi:
İlk baxış tarixi:
Texniki göstəricilər:
Janr:

Növü:
tammetrajlı sənədli film