Film Lenin və Azərbaycan mövzusuna həsr olunub. Filmdə inqilabdan öncəki Azərbaycan həyatına geniş yer ayrılıb. 26 Bakı komissarının güllələnməsi, Azərbaycan bolşeviki Dadaş Bünyadzadənin Leninlə görüşü, XI Qırmızı Ordu hissələrinin Bakıya daxil olması, Kirov, Bünyadzadə, Musabəyov və başqa partiya rəhbərləri tərəfindən döyüşçülərin qarşılanması və digər kinoarxiv materialları filmə daxil edilib. Sonrakı kadrlarda sovet dövründə Azərbaycanın iqtisadi-siyasi həyatı, Suraxanı mədənlərində baş vermiş yanğının söndürülməsi, coşğun Xəzərin qoynunda salınmış Neft Daşları, respublikamızda elm, maarif, texnika və sənayenin inkişafı öz əksini tapıb. Filmdə vaxtilə Leninlə görüşmüş köhnə bolşevik Müseyib Dadaşovun söhbətinə müəyyən yer verilib.
Rejissor: Zeynəb Kazımova
Ssenari müəllifləri: Püstə Əzizbəyova, Vladimir Sinitsın, Ruslan Şahmalıyev
Operator: Elxan Əliyev
Bəstəkar: Xəyyam Mirzəzadə
Səs operatoru: Əziz Şeyxov
Reviews ( 0 )