Arif Hacıağa oğlu Babayev Bakıda anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil alıb (1947-1953, Mehdi Məmmədov sinfi). Azərbaycan Dövlət Teleradio Komitəsində (1956-1968), “Azərbaycanfilm” kinostudiyasında (1968-1983) işləyib. Azərbaycan kinosunda “müəllif” kinosunun nümayəndələrindəndir. Əməkdar incəsənət xadimi (1964) Arif Babayev 1983-cü ildə vəfat edib.
Rejissor Arif Babayev rejissor Vasif Babayevin qardaşıdır.