Nova Gorica Kino Mərkəzi
Təsis tarixi: 2010
Təsisçi və rəhbər: Tahir Tahiroviç
Mərkəzin yaradılmasında məqsəd gənc rejissorların yaradıcılıq imkanlarının reallaşdırılması üçün geniş meydan verməkdir: Kino mərkəzinin adını Tahir Tahiroviç Sloveniyanın eyniadlı şəhərilə əlaqələndirib: “Nova Gorica şəhəri mənə çox doğmadır. Bir müddət öncə “Təxəllüsü Mixaylo” adlı sənədli ekran filmi məhz həmin şəhərdə mükafata layiq görüldü. Bu adı da mən, həmin şəhərin şərəfinə, bir növ həmin şəhərə minnətdarlıq əlaməti olaraq verdim”.