Mədəniyyət televiziyası (Mədəniyyət TV)
Təsis tarixi: 2011
Mədəniyyət Televiziyası — Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən kanaldır. Kanal 14 fevral 2011-ci ildə yayıma başlayıb. Kanalın əsas məqsədlərindən biri Azərbaycan mədəniyyətinin dəyərlərini dünyaya çatdırmaq, həmçinin dünya mədəniyyət incilərini Azərbaycanda təbliğ etməkdir.
6 noyabr 2013-cü il tarixində 16:9 təsvir formatlı yayıma keçib.
14 fevral 2018-ci tarixindən 24 saatlıq yayım rejiminə başlayıb.
31 may 2021-ci ildən etibarən HD yayıma başlayıb.
Sayt:
www.medeniyyettv.az