31 oktyabr 2025 Mənbə: kinoinfo.az

APELLYASİYANIN NƏTİCƏLƏRİ AÇIQLANIB

APELLYASİYANIN NƏTİCƏLƏRİ AÇIQLANIB

31 oktyabr 2025-ci il tarixində Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin təşkil etdiyi 2025-ci il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi”nin nəticələri ilə bağlı “Apellyasiya Komissiyasının” yekun iclası keçirilib. 
İclasda komissiyanın üzvləri – Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi və kinorejissor Elxan Cəfərov, 
Azərbaycan Respublikasının Xalq artisti, aktyor Nurəddin Mehdixanlı, 
Kinorejissor Cahangir Mehdiyev, ssenarist, jurnalist Vüsal Məmmədov, 
filologiya üzrə fəlsəfə doktoru, Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova iştirak ediblər.

 

ARKA tərəfindən əlavə vəsaitin ayrıla biləcəyini nəzərə alaraq, filmlərin istehsal sayını artırmaq, kinematoqrafiyamıza yeni istedadlı adlar qazandırmaq, milli mədəni dəyərlərimizin kino vasitəsilə təbliğini daha çox həyata keçirmək məqsədilə Apellyasiya Komissiyası tərəfindən ARKA-nın nəzdində fəaliyyət göstərən Bədii Şuranın nəzarəti ilə qeyd edilən layihələrin dəstəklənməsi məqbul hesab edilib:
- “Qeyb olma” (Tammetrajlı bədii, “Mozg Media Group” MMC)
- “Sözün varsa de” (Tammetrajlı bədii, “Seyidbəyli Film” MMC)
- “Zamanın səsi”-Şərur yallısı (Bədii-sənədli, “Seyidbəyli Film” MMC)
- “Yun çubuğu” (Qısametrajlı bədii, “CNF” MMC)
- “Fazzi:oyanış” (Animasiya, “Simart” MMC)
- “İşquzların bilgi çanağı” (Animasiya, “3Dost Production” MMC)

Xatırladaq ki, apellyasiya mərhələsində, ümumilikdə, 26 müraciət daxil olub. 

Qalereya

İndi paylaş: