Yeva Olenskaya

Aktrisa

Doğum tarixi:

01 yanvar 1900

Vəfat tarixi:

19 may 1959


Yeva Nikitiçna Olenskaya (Yevgeniya Olenskaya) Qubada anadan olub. 1907-ci ildə ailəsi ilə birlikdə Bakıya köçüb.

Bakı Teatr Texnikumunda təhsil alıb (1923-1926).

Böyük bacısının səyi və təşəbbüsü ilə ilk dəfə 13 yaşında səhnəyə çıxıb və taleyini ömürlük teatr sənətiylə bağlayıb. Yaradıcılığa başladığı ilk illərdən "Nicat" (1913), "Səfa" truppalarının, "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti" (1918-1919) opera və dram dəstəsinin hazırladıqları tamaşalarda oynayıb. Uzun illər səhnədə "Yeva xanım" imzası ilə çıxış edib. Bakı Türk Azad Tənqid və Təbliğ Teatrında (1922-1925), sonra 34 il müddətində Milli Dram Teatrında (1925-1959) çalışıb.

Xalq artisti (1949) Yeva Olenskaya 1959-cu ildə Bakıda vəfat edib.

Aktrisa Yeva Olenskaya aktrisa Aleksandra Olenskayanın bacısıdır.