Vidadi Həsənov

Aktyor Ssenari müəllifi Filmi səsləndirən

Doğum tarixi:

16 iyul 1958


Vidadi İsmail oğlu Həsənov (H.V.İsmayıl) Gəncədə anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb (1980-1984).

Sverdlovsk (Ekaterenburq) şəhərindəki “Uralkabel” zavodunda fəhlə (1975-1977), Gəncə Dövlət Dram Teatrında (1979-1980), Tədris Teatrında (1984-1986), Yuğ Teatrında (1990-2021) aktyor kimi çalışıb.

Zəfər Yaradıcılıq Mərkəzində “Afinalı Timon” (Şekspir) tamaşasında 3 rolda iştirak edib. 20-yə yaxın tamaşaya rejissor kimi quruluş verib. Radio-tamaşaların rejissor və aktyoru olub. 
2009-cu ildə “Axın” Teatr Məktəbini təsis edib. 2016-cı ildə “Media Company”nin nəzdində yaradılmış “M.Teatr Production”un bədii rəhbəridir. 
1986-cı ildən Azərbaycan Dövlət İncəsənət İnstitutunun müəllimi, 2003-cü ildən “Aktyor sənəti” kafedrasının dosentidir (2020-ci ilə qədər). 
Tükdilli xalqların 2-ci Beynəlxalq Teatr Festivalında özünün quruluş verdiyi “Dədə Qorqud” monotamaşasındakı işinə görə “ən yaxşı aktyor” mükafatına layiq görülüb (1996, Ufa). 
Qazaxıstanda Tələbələrin I Beynəlxalq Teatr Festivalında rəhbəri olduğu kursun tələbələri “Qran-pri” mükafatı alıb (2011, Almata). Müxtəlif beynəlxalq film festivallarında aktyor və ssenari müəllifi kimi mükafatlar qazanıb.
Estoniya istehsalı olan “Güruh” filmində meksikalı rolunda çəkilib.
Tiflis (2009) və Moskvada (2010) ssenaristlər kursunu keçərək beynəlxalq sertifikat alıb. 
Müxtəlif verilişlərin hazırlanmasında, filmlərin dublyajında iştirak edib. 
Dövri-mətbuatda müntəzəm yazılarla çıxış edir. “21-ci əsr” və “Musavat” qəzetlərində köşə yazıları yazıb. 
“Aktyorun şəxsiyyət kimi formalaşması” (2005), “Şair olmaq istəmirəm” (2008), “Qum dənələri” (2015), “Pyeslər tərcümələr“ (2021) kitabları nəşr olunub.
Bard janrında musiqi ifaçısıdır. Müxtəlif şairlərin sözlərinə bu janrda 40-yaxın musiqi bəstələyib və ifa edib.

Əməkdar artist (2012), Xalq artistidir (2019).


Filmoqrafiya

Poster Filmin adı İstehsal ili Növü Filmdə statusu