Vaqif Bayatlı Odər
Vaqif Bayatlı Odər (Vaqif Cəbrayılov İsib oğlu) Cəbrayılın Böyük Mərcanlı kəndində anadan olub.
Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti fakültəsinin axşam şöbəsində təhsil alıb.
445 saylı tikinti idarəsində fəhlə, inşaat texniki, 48 saylı tikinti idarəsində normalayıcı mühəndis, "Məhsul" cəmiyyəti mərkəzi şurasında mühəndis, "Ulduz" jurnalında şöbə müdiri (1981–1990), "Xəzər" toplusunun baş redaktoru olub (1989–1992), Azərbaycan Televiziya və Radio Şirkətinin xarici ölkələrə verilişlər studiyasının direktoru (1992) vəzifələrində çalışıb.
Azərbaycan Yazıçılar Birliyi katibliyi idarə heyətinə (gənclərlə iş üzrə) katib seçilib (1991).
Azərbaycan mətbuat fondunun "Mirzə Cəlil mükafatı"na (1993) və Gürcüstan Nazirlər Sovetinin "Vladimir Mayakovski mükafatı"na layiq görülüb.
Əməkdar incəsənət xadimidir (2019).