Vaqif Əsədov
Doğum tarixi:
05 aprel 1947
Vəfat tarixi:
19 may 2022
Vaqif Firudin oğlu Əsədov (Vaqif Əsəd Firudinoğlu) Naxçıvanda anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru ixtisasında təhsil alıb (1969).
Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor, quruluşçu rejissor, baş rejissor vəzifələrində çalışıb (1969-1989). Naxçıvan şəhərində fəaliyyət göstərmiş “Cavid” Poeziya Teatrını təsis edib (1982-1989). Rejissor kimi Naxçıvan Teatrında hazırladığı “Elektra” tamaşası uğurlu tamaşa kimi vaxtı ilə Moskva televiziyası ilə nümayiş etdirilib. Akademik Milli Dram Teatrının səhnəsində “Burlaxatun” (Nəbi Xəzri) və İrəvan Dövlət Dram Teatrının səhnəsində “Məhəbbət yaşayır hələ” (Hidayət) tamaşalarına quruluş verib. İri miqyaslı dövlət tədbirlərinin rejissoru və ssenari müəllifi olub. 1989-cu ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərib.
Əməkdar artist (1978), Xalq artisti (2006) Vaqif Əsədov 2022-ci ildə vəfat edib.
Rejissor, aktyor Vaqif Əsədov aktrisa Zemfira Əliyevanın həyat yoldaşıdır.